• cümə, 29 Mart, 09:13
  • Baku Bakı 5°C

Nəsiminin yubileyi ilə bağlı keçirilən ağacəkmə aksiyası Nəsimiyə ucaldılan ən layiqli abidədir

06.12.19 15:15 536
Nəsiminin yubileyi ilə bağlı keçirilən ağacəkmə aksiyası Nəsimiyə ucaldılan ən layiqli abidədir
Mədəniyyət yoldan başlanır, - deyirlər. Həqiqətən də rahat və geniş yol üz tutduğun məmləkət haqqında səndə ilkin təəssürat formalaşdırır. Son illər ölkəmizin yol infrastrukturu əsaslı şəkildə yenidən qurulub və bu iş fasiləsiz olaraq davam etdirilir. Lakin yeni çəkilən həmin yolların ətrafının çox vaxt bomboz çöl və düzəngahlardan ibarət olması həmişə məni təəssüfləndirib. Mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar olaraq Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bir gündə 650 min ağac əkilməsi təşəbbüsü çərçivəsində ölkəmizdə aparılan geniş miqyasda yaşıllaşdırma tədbiri bu sahədə çox xeyirxah və faydalı təşəbbüs, ekologiyanın sağlamlaşmasına yönələn gözəl bir addım olmaqla yanaşı, həm də abadlığa, estetik gözəlliyə də xidmət edir.
AZƏRTACxəbər verir ki, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri, Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev bu sözləri dekabrın 6-da həyata keçirilən ağacəkmə aksiyasında deyib. O, fikrinə davam edərək bildirib: "İşimlə əlaqədar olaraq tez-tez müxtəlif ölkələrdə və şəhərlərdə oluram. Üz tutduğum bir sıra ölkələrdə yaşıllıqların bol olması, meşə və parkların çoxluğu həmişə diqqətimi çəkib. Bu sahədə aparılan statistika ölkəmizdə bu istiqamətdə hələ çox görüləcək işlərin olduğunu göstərir. Hesab edirəm ki, "Nəsimi ili” çərçivəsində keçirilən bu tədbir bu sahədə vəziyyəti əsaslı şəkildə yaxşılığa doğru dəyişəcək. Həm də bu, böyük və mütəfəkkir şairə xalqımızın yüksək hörmət və ehtiramı ilə yanaşı, bir növ ona ucaldılan bir abidədir. İllər keçəndən sonra bu gün əkilən tinglər, torpağa basdırılan körpə fidanlar boy atıb böyük bir parka, xiyabana, yaşıllıq təsərrüfatına çevriləcək və o zaman bu yaşıllığın vaxt və nə ilə əlaqədar salındığı mütləq xatırlanacaq. Ona görə də ölkəmizdə bu gün həyata keçirilən bu ekoloji aksiya böyük şairə ucaldılan ən layiqli abidədir”.
banner

Oxşar Xəbərlər