• cümə axşamı, 28 mart, 23:09
  • Baku Bakı 13°C

Nərgiz Xələf: Qarabağ mühüm turizm bölgəsinə çevriləcək

31.12.22 13:00 852
Nərgiz Xələf: Qarabağ mühüm turizm bölgəsinə çevriləcək

Artıq iki ildir Azərbaycan yeni inkişaf dövrünə qədəm qoyub. Hazırda Qarabağın yenidən qurulması və inkişafı davam edir. Hər bir ölkənin inkişafında onun turizm imkanları mühüm amillərdən biridir. İşğaldan azad edilmiş ərazilərdə, ilk növbədə, Qarabağda, xüsusilə Şuşada quruculuq-bərpa işləri tam gücü ilə davam edir. İşğaldan azad olunmuş ərazilərdə aparılan işlər, heç şübhəsiz, gələcəkdə bu bölgənin mühüm turizm istiqamətlərindən birinə çevriləcəyindən xəbər verir.

Bu fikirləri Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının idarə heyətinin üzvü, ictimai fəal Nərgiz Xələf söyləyib.

O bildirib ki, Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurla yanaşı digər regionların da inkişafını daim diqqət mərkəzində saxlayır. Son dövrlərdə Prezident İlham Əliyevin regionlara səfərləri, xüsusilə turizm obyektlərinin açılışlarında iştirakı müntəzəm xarakter alıb. Təbii ki, ölkəmiz böyük turizm potensialına malikdir və bu imkanların reallaşdırılmasına özəl sektor daha böyük maraq göstərir. Təbii ki, ölkəmizin turizm sektoruna xarici sərmayənin qoyuluşu Azərbaycanda mövcud olan əlverişli biznes mühiti ilə əlaqələndirilir. Ölkəmizdə bu mühit isə dövlətimizin başçısının birbaşa təşəbbüsü və rəhbərliyi ilə yaradılıb.

“Bakı şəhərində olduğu kimi, Azərbaycanın regionlarında da turistlərə yüksək səviyyədə xidmətin göstərilməsi üçün hərtərəfli şəraitin yaradılması ölkəmizin gələcəkdə dünyada mühüm turizm istiqamətlərindən birinə çevrilməsinə mühüm töhfə verəcək”, - deyə N.Xələf diqqətə çatdırıb.

banner

Oxşar Xəbərlər