• cümə, 19 Aprel, 22:39
  • Baku Bakı 24°C

Nazirlik: 1-5 may tarixləri məktəbəhazırlıq və ibtidai siniflər üçün tətil günləri hesab olunur

28.04.21 13:00 408
Nazirlik: 1-5 may tarixləri məktəbəhazırlıq və ibtidai siniflər üçün tətil günləri hesab olunur
"Ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq və ibtidai siniflərində 1-5 may tarixləri tətil günləridir. Bu məsələ Nazirlər Kabinetinin Qərarında əks olunub".
APA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlqələr sektorunun müdiri Cəsarət Valehov "Facebook"da yazıb.
O bildirib ki, qeyd edilənlərə əsasən, cari tədris ilində də 1-5 may tarixləri məktəbəhazırlıq və ibtidai siniflər üçün tətil günləri hesab olunur. Həmin günlərdə məktəbəhazırlıq və ibtidai siniflərdə tədris və təlim prosesi (əyani və ya distant) dayandırılır.

banner

Oxşar Xəbərlər