• cümə, 29 Mart, 14:42
  • Baku Bakı 14°C

Nazirlər Kabinetinin strukturundakı dəyişikliklər idarəetmədə çevikliyi təmin edəcək

18.10.17 11:00 3355
Nazirlər Kabinetinin strukturundakı dəyişikliklər idarəetmədə çevikliyi təmin edəcək
Prezident İlham Əliyevinrəhbərliyiiləyenisituasiyaya və çağırışlara uyğun olaraq son vaxtlar həyata keçirilən struktur islahatları idarəetmə sistemində paralelliyin və təkrarın aradan qaldırılmasına, təkmilləşməyə, dinamikliyə, mobilliyə, daha çevik, operativ idarəçilik mexanizminin formalaşmasına xidmət edir. İdarəetmə sistemi və icra mexanizmi sahələrində həyata keçirilən bu mühüm islahatlar qarşıya qoyulan məqsədlərə dahateznail olmaq üçün atılan zəruri və məqsədyönlü addımlardır. Struktur islahatlarına xüsusi diqqət yetirən dövlət başçısı İlham Əliyev çıxışlarında dəfələrlə qeyd edib ki, bu islahatların aparılmasına ehtiyac var. Ümumiyyətlə, daha çevik, operativ idarəetmə mexanizmi işlənməlidir.

AZƏRTAC xəbər verir ki, 2016-cı il sentyabrın 26-da keçirilən ümumxalq səsverməsində (referendumda) Konstitusiyada edilməsi nəzərdə tutulan dəyişikliklərin müzakirəsi zamanı qəbul olunacağı təqdirdə həmin dəyişikliklərin Nazirlər Kabinetinin fəaliyyətinin təkmilləşdirilməsində də mühüm rol oynayacağıilə bağlı fikirlər səsləndirilmişdi.

Nazirlər Kabineti bu vaxta qədərsabiq Baş nazir Surət Hüseynovun 1994-cü ildə təsdiq etdiyi Müvəqqəti Reqlament əsasında fəaliyyət göstərirdi. Qeyd edilən fərmanda Prezidentin verdiyi tapşırıqdan sonra "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası” və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnamə” layihələri qısa müddətdə hazırlandı və 2017-ciil 10 oktyabr tarixli Fərmanla təsdiq edildi.

Bu sənədlər Nazirlər Kabinetinin fəaliyyətinin təkmilləşdirilməsi, operativliyinin təmin edilməsi və səmərəliliyinin yüksəldilməsi məqsədilə qəbul olunub. Nazirlər Kabinetinin kollegial orqan olduğu nəzərə alınaraq, Qaydada Nazirlər Kabinetinin iclaslarının planlaşdırılması, hazırlanması və keçirilməsinə xüsusi diqqət ayrılıb.
"Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnamə”də isə Aparatın fəaliyyət istiqamətinin müvafiq səlahiyyətlərin Nazirlər Kabineti tərəfindən həyata keçirilməsinin təşkil və təmin edilməsindən ibarət olduğu müəyyənləşib, həmçinin Aparatın vəzifələri, hüquqları və fəaliyyətinin təşkiliilə bağlı digər məsələlər öz əksini tapıb.

Büdcəyə qənaət ediləcək

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov "Kaspi” qəzetinə açıqlamasında fərmana qədər Nazirlər Kabinetində bir-birinin işini təkrar edən strukturların olduğunu deyib: "Keçən il Konstitusiyamızda dəyişiklik edildi və ona uyğun olaraq Nazirlər Kabinetinin tərkibinin formalaşdırılması işi gedir. Bir-birini təkrar edən strukturların aradan qaldırılması ümumiyyətlə idarəçilikdə və bu sistemin daha da effektli, həmçinin çevik olmasında çox önəmli bir addımdır. Və biz də görürdük ki, həqiqətən Nazirlər Kabinetinin müvafiq strukturları bir-birinin işini təkrar edir. Dəyişiklik isə işin operativləşməsinə və ümumiyyətlə, təkmilləşməsinə səbəb olacaq. Nazirlər Kabineti icraedici orqandır. Və icraedici orqanda struktur nə qədər mükəmməl və kompakt olarsa, onun fəaliyyəti daha da mükəmməlləşib, optimallaşar. Bu da ümumi proseslərə müsbət təsir göstərəcək”.

Müsahibimiz edilən dəyişikliyin iqtisadi baxımdan da müəyyən effektlər verəcəyini deyir: "Əgər məsələyə ümumi yanaşsaq onu deyə bilərəm ki, əlbəttə büdcə vəsaitinə qənaət ediləcək. Yəni ştatda azalmalar baş verirsə, deməli, maliyyə baxımından müəyyən bir səmərə olacaq. Amma məsələyə geniş prizmadan baxsaq, burada təkcə Nazirlər Kabinetinin aparatındakı qənaətdən söhbət getmir. Ümumiyyətlə, Nazirlər Kabineti ölkədə əsas aparıcı orqan olduğu üçün edilən dəyişiklik ölkə iqtisadiyyatının da inkişafına böyük təkan verəcək, Azərbaycanda gedən iqtisadi proseslərə müsbət təsir göstərəcəkdir”.
Daha çevik hökumət qurulur

Millət vəkili Vahid Əhmədov APA-ya açıqlamasında bildirib ki, dövlət başçısı Prezident Administrasiyasında islahatlar aparıb, prezidentin köməkçiləri institutu yaradılıb, müəyyən şöbələr ləğv edilib: "İkinci mərhələdə Nazirlər Kabinetinin strukturu dəyişdirildi. Azərbaycan prezidentinin 2017-ci il 23 avqust tarixli fərmanı iləNazirlər KabinetiAparatının yeni strukturu təsdiq edildi və Aparatın işçilərinin say həddi (İşlər idarəsi istisna olmaqla) 280 ştat vahidindən 200 ştat vahidinə endirildi, ixtisarlar aparıldı. Mövcud olan 11 şöbənin birləşdirilməsi nəticəsində 5 yeni şöbə yaradıldı. Həmçinin bir sıra şöbələrin adları dəyişdirilməklə fəaliyyət istiqamətləri təkmilləşdirildi”.
V. Əhmədov bunun çox əhəmiyyətli bir addım olduğunu vurğulayıb: "Bu, çox əhəmiyyətli bir addım idi. Çünki Nazirlər Kabinetinin strukturu sovet vaxtından qalmış, o siyasi, iqtisadi sistemə uyğunlaşdırılmış struktur idi.Nazirlər Kabinetibu vaxta qədər 1994-cü ildə təsdiq edilən Müvəqqəti Reqlament əsasında fəaliyyət göstərirdi. Halbuki indi daha çevik bir hökumətə ehtiyac var idi ki, prezident tərəfindən təqdim edilən iqtisadi islahatları keçirə bilsin. Struktur islahatları həyata keçirilməklə daha çevik hökumət quruldu ki, bu da Azərbaycanda iqtisadi islahatları aparmaq üçün normal şərait yaratmağa yönəldilib. Düzdür, müəyyən struktur islahatları sona çatdırılmayıb, hələ müəyyən işlər görüləcək, amma aparılan işlər bizi qane edir və islahatlar davam etdiriləcək. Azərbaycanda Nazirlər Kabinetinin strukturunun təkmilləşdirilməsi Azərbaycanda aparılan iqtisadi islahatların faktiki olaraq tərkib hissəsidir”.

Struktur dəyişikliyinin müsbət nəticələri olacaq
İqtisadçı Vüqar Bayramov da düşünür ki, edilən struktur dəyişikliyinin müsbət nəticələri olacaq: "Pos- neft dövründə iqtisadi islahatlarla yanaşı, struktur islahatlarının da aparılması çox vacibdir. Bu kimi islahatlar həm qərarların qəbul edilməsinin çevikliyini, həm də daha mobil idarəetmə sisteminin formalaşmasını təmin edəcək. Son referendumdan sonra struktur dəyişikliyi gündəmdə idi. Nazirlər Kabinetinin strukturunun dəyişilməsi və müasir çağırışlara uyğunlaşdırılması, bütövlükdə idarəetmə aparatında yeni struktur modelinin formalaşması əsas hədəflər sırasındadır. Güman edirəm ki, Nazirlər Kabinetinin strukturunda aparılan dəyişiklər idarəetmədə çevikliyin təmin edilməsinə imkan verəcək. Nəzərə alsaq ki, əvvəlki dövrlərdə də aparılan islahatlar qərarların daha tez verilməsinə, eyni zamanda əlaqələndirilmiş sistemli qərarların qəbul edilməsinə və onların icrasına nəzarət baxımından vacib idi. Nəticə etibarilə müəyyən şöbələrin birləşdirilməsi yeni qaydaların tətbiq edilməsinə səbəb oldu ki, bu da birmənalı şəkildə Nazirlər Kabinetinin fəaliyyətinin səmərəliliyinin artırması baxımından vacibdir. Edilən struktur dəyişikliyi o cümlədən iqtisadiyyata müsbət təsir göstərəcək. Nazirlər Kabineti ölkədə gedən iqtisadi proseslərə təsir imkanlarını qoruyub saxlayan qurumdur. Əsas maliyyə sənədləri Nazirlər Kabinetində müzakirə olunduqdan sonra digər üst qurumlara təqdim olunur. Bu baxımdan deyə bilərəm ki, Nazirlər Kabineti iqtisadiyyat sahəsində aparıcı qurumlardan biridir. Yeni strukturun formalaşması və stasionar qaydaların tətbiq edilməsi nəticəsində Nazirlər Kabineti daha təkmil şəkildə fəaliyyət göstərəcək. Bu da təbii ki, iqtisadi inkişafa təkan verəcək. Bu dəyişiklik iqtisadi sahə ilə yanaşı, bütövlükdə idarəetmə sistemində və cəmiyyətdə yeni islahatların aparılması istiqamətində zəmin formalaşdırır. Bu pos-neft dövrünün tələblərinə uyğun sistemin və təbii ki, ölkənin inkişafına əhəmiyyətli təsir edəcək”.
Günel Azadə

banner

Oxşar Xəbərlər