• cümə, 19 Aprel, 02:50
  • Baku Bakı 18°C

Nazir müavini: "Ayın axırı Brüsseldə Avropa İttifaqı ilə yeni tərəfdaşlıq prioritetlərini müzakirə edəcəyik"

21.09.17 13:50 1202
Nazir müavini: "Ayın axırı Brüsseldə Avropa İttifaqı ilə yeni tərəfdaşlıq prioritetlərini müzakirə edəcəyik"
"Brüsseldə bu ayın axırı AzərbaycanlaAvropa İttifaqıarasında sazişə dair müzakirələr olacaq. Müzakirələrdə ticarət-investisiya siyasəti və təhlükəsizlik sahəsi istisna olmaqla, müxtəlif məsələlər müzakirə ediləcək. Brüsseldə yeni tərəfdaşlıq prioritetləri ətrafında da fikir mübadiləsi aparılacaq".
APA-nın məlumatına görə, bunu xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.
Onun sözlərinə görə, bu, yeni addımdır.
"Artıq biz birinci növbədə öz təkliflərimizi vermişik.Avropa İttifaqıda baxıb öz təkliflərini verib. Biz bunun əsasında da təkliflər hazırlayıb təqdim etmişik. Sentyabrın 29-da bu sənədin müzakirəsi aparılacaq", - deyə nazir müavini qeyd edib.
banner

Oxşar Xəbərlər