• cümə axşamı, 28 mart, 23:56
  • Baku Bakı 13°C

Nazir müavini: "1995-ci ildən Azərbaycan iqtisadiyyatına 233,5 milyard dollar investisiya qoyulub"

24.10.17 11:40 1773
Nazir müavini: "1995-ci ildən Azərbaycan iqtisadiyyatına 233,5 milyard dollar investisiya qoyulub"
Bu gün Bakıda İqtisadiyyat Nazirliyi vəBMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) birgə təşkilatçılığı ilə "Beynəlxalq investisiya siyasətləri: irəliyə doğru" mövzusunda beynəlxalq investisiya konfransı keçirilir.
"APA-Economics" xəbər verir ki, tədbirdə 11 xarici ölkənin dövlət qurumlarının, beynəlxalq təşkilatların, o cümlədən UNCTAD,Avropa Komissiyası, Beynəlxalq Əmək Təşkilatı və Enerji Xartiyası Katibliyinin təmsilçiləri, xarici universitetlərdən nümayəndələr və iş adamları iştirak edir. Azərbaycan tərəfdən konfransa müxtəlif dövlət qurumlarının, bir sıra universitet və özəl şirkətləri təmsil edən 40-a yaxın nümayəndə qatılıb.
İqtisadiyyat nazirinin müavini Sahil Babayev Azərbaycan və UNCTAD arasında əlaqələrin əhəmiyyəti və gələcək əməkdaşlıq imkanları barədə məlumat verib. O qeyd edib ki, iki gün davam edəcək konfransın mövzusu aktualdır və bir sıra əhəmiyyətli sahələr, o cümlədən beynəlxalq investisiya siyasətlərində son yeniliklər, beynəlxalq və regional investisiya sazişləri, investisiya mübahisələrinin həlli və investisiya siyasətlərində ən yaxşı təcrübələr mövzuları ətrafında müzakirələr aparılacaq.
Nazir müavini bildirib ki, Azərbaycanda yaradılmış siyasi və iqtisadi sabitlik, biznesə başlamaq üçün prosedurların sadəliyi, investorların hüquqlarının etibarlı qorunması, əlverişli coğrafi mövqe Azərbaycanı xarici investisiyalar üçün cəlbedici ölkəyə çevirib. Onun sözlərinə görə, 1995-ci ildən indiyədək Azərbaycan iqtisadiyyatına 233,5 mlrd. dollar həcmində investisiya qoyulub ki, bunun 111 mlrd. dollarını xarici investisiyalar təşkil edir.
UNCTAD-in İnvestisiya Siyasətləri Departamentinin rəhbəri Corc Veber isə çıxışında təmsil etdiyi qurumun fəaliyyəti və müvafiq sahədə görülən tədbirlər barədə məlumat verib.
Sonra beynəlxalq investisiya siyasətinin müxtəlif istiqamətləri üzrə sessiyalar keçirilib.
banner

Oxşar Xəbərlər