• çərşənbə, 24 Aprel, 16:21
  • Baku Bakı 27°C

Nazir Los Ancelesdə radikal ermənilərin Azərbaycan əleyhinə aksiyasına münasibət bildirib

30.04.21 13:59 563
Nazir Los Ancelesdə radikal ermənilərin Azərbaycan əleyhinə aksiyasına münasibət bildirib
Azərbaycanın səfirliklərinə və diaspor nümayəndələrinə qarşı radikal hərəkətlər edilir. Belə aksiyalardan biri Los Ancelesdə keçirildi. Bunu qətiyyətlə pisləyirik.
Ermənistanda hüquqi nifrət zəminində çıxışlar, çağırışlar çoxdur.
APA-nın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda səfərdə olan Litvanın xarici işlər naziri ilə birgə mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, Ermənistanda Azərbaycanla münasibətlərin normallaşması üçün çağırış edənlər təhqir olunur, xəyanətkar adlandırılır: "Yalan və saxta miflər üzərində qurulmuş bu addımlar təhlükəlidir. Biz artıq xəstəlik səviyyəsinə çatan dözümsüzlük kampaniyasının şahidi oluruq”.

banner

Oxşar Xəbərlər