• cümə, 19 Aprel, 00:23
  • Baku Bakı 18°C

Nazir: "1543 məktəbi fiber-optik internetlə təmin etməyi planlaşdırırıq"

30.04.21 13:21 536
Nazir: "1543 məktəbi fiber-optik internetlə təmin etməyi planlaşdırırıq"
"Təhsil sistemi əsaslı şəkildə investisiyalar tələb edir. Müasir təhsil o qədər ucuz deyil, çünki 1930-40-cı illərdə olan təhsil insanlarda yazma-oxuma bacarığını məqsəd qoymuşdusa, hazırda yazıb-oxumaq beynəlxalq rəqabətlilikdə yetərli deyil. Əgər rəqəmsal bacarıqlardan danışırıqsa, bunun fərqli xərc və investisiya tərəfi var".
APA-nın məlumatına görə, bunu "Təhsil, İnnovasiyalar və İqtisadiyyat" mövzusunda keçirilən panel müzakirəsində Təhsil naziri Emin Əmrullayev bildirib.
Nazir qeyd edib ki, Azərbaycanda 253 məktəbdə fiber-optik internet var: "Şagirdlərin 75 faizini əhatə edən 1543 məktəbi fiber-optik internetlə təmin etməyi planlaşdırırıq. Biz hazırda təhsil sistemini daha çox qiymətlər və ballarla ölçürük. Amma məncə, biz buna yenidən baxmalıyıq. Təhsil sistemini ballarla yox, müxtəlif indikatorlarla ölçməyimiz daha yaxşı olardı. Təhsilin həm innovasiyalara, həm iqtisadiyyata bağlanması, ölçülə bilən nəticələrin iqtisadi rifaha təsiri olduqca vacibdir".
banner

Oxşar Xəbərlər