• cümə, 26 Aprel, 06:20
  • Baku Bakı 12°C

NATO-nun Müttəfiq Qüvvələrin Avropada Baş Qərargah rəisinin müavini Azərbaycana gəlib

21.11.22 13:30 1055
NATO-nun Müttəfiq Qüvvələrin Avropada Baş Qərargah rəisinin müavini Azərbaycana gəlib

Müdafiə Nazirliyi ilə NATO arasında 2022-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində Bakıda “NATO günləri”nə start verilib.

Bu barədə Kaspi.az-a Müdafiə Nazirliyindən bildirilib.

NATO günləri çərçivəsində Azərbaycanda səfərdə olan NATO-nun Müttəfiq Qüvvələrin Avropada Baş Qərargah rəisinin müavini kontr-admiral Qunnşteyn Brusdalın başçılıq etdiyi nümayəndə heyətinin bir sıra görüşləri nəzərdə tutulub.

Noyabrın 25-dək keçiriləcək “NATO günləri” çərçivəsində müxtəlif mövzularda brifinqlər təqdim olunacaq.

banner

Oxşar Xəbərlər