• cümə, 29 Mart, 16:02
  • Baku Bakı 14°C

"Nardaran işi” üzrə məhkəmə təxirə salınıb

17.08.17 17:45 1729
"Nardaran işi” üzrə məhkəmə təxirə salınıb
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Nardaran işi” üzrə təqsirləndirilən Əbülfəz Bünyatov və Elxan İsgəndərovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
APA-nın məlumatına hakim Əfqan Hacıyevin sədrlik etdiyi iclasda məlum olub ki, zamində olan təqsirləndirilən şəxs Əbülfəz Bünyatov məhkəməyə gəlməyib. Buna görə iclas təxirə salınıb.
Proses avqustun 29-da davam edəcək.
Qeyd edək ki, Elxan İsgəndərova Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3, 214-2, 220.2, 228.3, 228.4, 233, 278, 279.1, 281.2, 283.2.3 və 315.2-ci maddələri ilə ittiham elan edilib. O, 5 noyabr 2015-ci ildə Sabunçu rayon Polis İdarəsinin qarşısında baş verən hadisələr zamanı həbs olunaraq Sabunçu rayon Məhkəməsinin qərarı ilə 15 gün müddətinə inzibati həbs olunub. Sonradan Sabunçu rayon prokurorunun protesti əsasında Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Sabunçu rayon məhkəməsinin qərarı ləğv olunaraq, onun əməllərində cinayət tərkibinin olub- olmamasını müəyyənləşdirmək məqsədi ilə iş Sabunçu rayon prokurorluğuna göndərilib.
Elxan İsgəndərov axtarışda olduğundan 15 mart 2017-ci ildə polis əməkdaşları tərəfindən həbs olunub və barəsində həbs qətimkan tədbiri seçilib.
banner

Oxşar Xəbərlər