Mütaliə vacibdirmi?

“Mütaliə sizin üçün nə deməkdir?”, “Mütaliəsiz formalaşmaq mümkündürmü?”, “Cəmiyyəti mütaliəsiz təsəvvür edirsinizmi?”, “Mütaliəni necə sevdirmək olar?” kimi sualları cavablandıran ayrı-ayrı qurumların mətbuat xidmətlərinin rəhbərlərinin “Müzakirə”də yekdil fikri mütaliəyə həvəsin uşaqlıqdan formalaşdırılması ilə bağlı oldu.
Azadlığın daxili qələbəsi
Mədəniyyət və Turizm Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxməmmədova görə, bu ətrafda fikir mübadiləsi, mütaliə haqqında müzakirə də müəyyən mənada bir çağırışdan çox qarşındakı insanla ən qısa və səmimi dialoqa körpüdür: “Məşhur filosof Sokrata görə, mütaliə cəmiyyətin gündəlik vərdişinə çevrilərsə, həmin cəmiyyət xoşbəxt olar. Bu fikri əlinə hər yeni kitab aldıqda onu acgözlüklə vərəqləyən və oxuduqlarının içində öz xəyali səadətini tapan hər kəs təsdiqləyə bilər. Bədii əsər oxuyanda qəhrəmanının ruh halına görə üz-gözündə ifadələr dəyişirsə, demək, sən artıq ətrafındakı ala-boz münasibətlərdən, beyninin əsas hissəsini zəbt edən qayğılardan azad halda əsərinin qəhrəmanı ilə ruh söhbətindəsən. Bax, ən böyük zövq də odur. Burada kitabın önəmi, onun bilik mənbəyi, daha nə kimi üstünlüklərindən çox bəhs etdiyi mənəvi dinclik önəmlidir”. Əsasən Azərbaycan, rus və türk dillərində kitabları mütaliə etdiyini bildirən nazirlik rəsmisinin oxuduğu kitablar sırasına Zülfü Livanelinin “Serenada”, Osman Aysunun “Dövlət sirri”, Paulo Koelyonun “Veronika ölmək qərarına gəlib”, Elif Şafakın “Sevginin 40 qaydası”, Tomas Perrinin “Şeytani intiqam”, Den Braunun “Cəhənnəm”, Stiven Kinqin “Yaşıl Mil”, Xalid Hüseynin “Min bir günəş”, “Çərpələng uçuran”, Cek Londonun “Qadın cəsarəti” və Çingiz Abdullayevin bütün əsərləri daxildir.
“Mütaliə sizin üçün nə deməkdir?” sualına cavab olaraq V.Şıxməmmədov bildirir ki, bunu dərin fəlsəfi fikir axınları, ətrafda cingilti ilə səslənəcək korşalmış düşüncələr, əzbərlənmiş fikirlərlə də ifadə edib üzərindən səthi keçmək olar: “Amma bir şeyi qəti müəyyən etməliyik: sən mütaliəyə möhtacsanmı? Bax o zaman oxuduğunla mənəvi dünyandakı sən arasında rabitəni quracaqsan. Mənə elə gəlir ki, müasir dünyanın insanı olaraq elə ən çox da buna ehtiyacımız var. Mənə görə kitab özümlə ünsiyyətdə, görünən və görünməyən xüsuslarımla dialoqumda ən yaxşı, daha doğrusu, ən optimal vasitədir. İnsan özü ilə danışdıqca, yaşantılarını ətrafı ilə müqayisə etdikcə özünün daxili azadlığına qovuşur. Beləcə, mütaliə mənim üçün həm də azadlığın daxili qələbəsi və o məmnunluğun çöhrəmdəki əksidir”.
Mütaliəyə çağırışda mütləq israrlı olmağın effekt vermədiyini bildirən müsahibim bu məsələyə bir az konseptual yanaşmağın tərəfdarıdır: “Bu gün məcburi mütaliə - yəni təhsil sistemində də bu üsuldan qaçılmağa, öyrədənlə öyrədilən arasındakı əlaqədə loyallığa üstünlük verilir. Belə olduqda sən əslində oxuduğunu dərk edə və öyrəndiyinlə heç cəmiyyətə demirəm, ən azı özünə xeyir verə bilirsən”.
Mütaliəni sevdirməyin üsullarından danışan nazirlik rəsmisi hesab edir ki, mütaliəni sevdirmək üçün öncə seçim imkanını göstərmək, daha doğrusu, seçmək üçün seçilənlər üzərindən təbliğat lazımdır: “Atalar və oğullar” əsərindən sevib oxuduğum məşhur rus yazıçısı İvan Turgenev deyir ki, diqqətlə seçin, əlinizə nə düşdü oxumayın. Zövqünüzü və təfəkkürünüzü tərbiyə edin. Bunun üçün də ən yaxşı vasitə, sadəcə, oxuduğun, təsirləndiyin, ən sadə dildə desək, zövq aldığın kitabı səxavətlə başqasına da təklif etmək və ən azı ən yaxın çevrəndə təbliğat işini aparmaqdır. Bunu kütləvi şəkildə, hər hansı aksiyalar, irimiqyaslı layihələr, kitablarla bağlı sərgi-yarmarkalar, təqdimatlarla müvafiq qurumlar zatən edirlər. Fərd olaraq mən bu üsulla oxumağa və oxuduğumu məsləhətə alışmışam. Son dövrlər sevindirici haldır ki, bəzi nəşriyyatlar mütaliəni insanlara sevdirməyi bacarıb”.
“Azərişıq” ASC-nin Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin fikrincə, mütaliə etmək doğru yol getmək deməkdir: “Doğru yol gedən yorulmaz deyirlər. Bir sözlə, mütaliə həyat yolu deməkdir”. Ən son oxuduğu əsərin “Kerri baci” olduğunu bildirən T.Mustafayev bu romanda mütaliə ediləsi çox məqamın olduğunu bildirir: “Mütaliə insanın biliyini zənginləşdirir, dünyagörüşünü artırır. İnsan mütaliədən nəyisə öyrənir və ona uyğun formalaşır. Müqayisəli şəkildə formaya düşür”.
İctimai yerlərdə kitab mağazaları olmalıdır
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Əməkdar jurnalist Elman Babayev hələ uşaqlıq illərindən mütaliəyə böyük həvəsinin olduğunu deyir. O, orta məktəb illərində də ədəbiyyat dərsliklərində nəzərdə tutulan bədii əsərləri oxumaqla yanaşı, yaşadığı kəndin kitabxanasının daimi oxucusu olub. Belə ki, milli ədəbiyyat nümunələri ilə yanaşı, xarici ədəbiyyatı da oxumağa başlayıb. Mark Tven, Jül Vern, Daniel Defo, Çingiz Aytmatov, Çarlz Dikkens, Mayn Rid, Teodor Drayzer, Viktor Hüqo, Mixail Şoloxov, Anton Çexov və başqa klassiklərin əsərlərini mütaliə etməkdən zövq alıb: “Bu gün də bədii əsəri oxumağa böyük həvəsim yaranır, amma təəssüf ki, gündəlik işin gərginliyi buna o qədər də imkan vermir. Hazırda işimlə bağlı daha çox yalnız gündəlik qəzetləri oxumağa vaxt çatdıra bilirəm. Bədii ədəbiyyatı isə yalnız qeyri-iş günlərində oxumaq imkanı yaranır”. Uşaqlıq illərində həmçinin macəra ədəbiyyatına üstünlük verdiyini bildirən E.Babayev sonralar daha çox həyati məzmunlu, mənəvi-əxlaqi mövzularda əsərlərə diqqət yönəldib: “Son illərdə isə tarixi əsərlərlə çox maraqlanıram. Ən çox Azərbaycan tarixinin ayrı-ayrı dövrlərinə, tarixi şəxsiyyətlərinə aid bədii kitabları alıb oxuyuram”. E.Babayev bu gün uşaqlarının tərbiyəsində də mütaliəyə üstünlük verdiyini bildirir: “Məni sevindirir ki, uşaqlarım da kitab oxumağa həvəslidirlər. Böyük oğlumun hələ 11 yaşı olmasına baxmayaraq, artıq iri bədii əsərlər, özü də mənim kimi tarixi əsərlər oxumağa başlayıb. Balacalar isə təbii ki, yaşlarına uyğun olaraq nağıl və hekayələr oxumağı xoşlayırlar. Lakin burda da bir çatışmazlıq yaranıb: dərs yükü o qədər ağırdır ki, uşaqların bədii ədəbiyyat oxumağa vaxtları qalmır. Yalnız tətillərdə bu imkandan yararlanıb əlavə ədəbiyyat oxumaları mümkündür”. E.Babayev hesab edir ki, gələcəkdə hansı peşənin və ixtisasın ardınca getməsindən asılı olmayaraq, hər bir uşağın həyatında bədii mütaliə mütləq olmalıdır. Belə ki, çoxlu mütaliə təkcə bilik və təsəvvürləri artırmır, insanın dünyagörüşünün, həyata, cəmiyyətə düzgün baxışının formalaşmasında, bir şəxsiyyət kimi yetişməsində də xüsusi rol oynayır: “Bu, artıq sınanmış bir həqiqətdir ki, ən yaxşı tərbiyə elə ən yaxşı nümunədir. Əgər evdə kitabxana varsa və orda maraqlı kitablar varsa, uşaqlar mütləq onları oxumağa başlayacaqlar. Ona görə də evdə uşaqların tərbiyəsi üçün ən vacib olan amillərdən biri də evdə maraqlı bədii kitablardan ibarət kitabxana yaratmaqdır. Özü də bunu uşaqlar hələ kiçik olanda etmək lazımdır ki, necə deyərlər, gözlərini açıb kitab görsünlər, təxəyyül və düşüncələrini kitablarla zənginləşdirməyə başlasınlar. İnsanın gələcəkdə hansısa ixtisas sahələrinə yönəlməsi ilə bağlı konkret sahələr üzrə elmi ədəbiyyatlara gedən yolu da elə əvvəllərdə bədii ədəbiyyatı mütaliə etməkdən başlayır”. E.Babayev bu gün cəmiyyətdə mütaliəyə marağın azaldığını da təəssüflə qeyd edir: “Bir zamanlar hətta hansısa fəhlənin işdən qayıdan zaman metroda, ya avtobusda əlində bir kitab, ya bir qəzet oxuduğunu görərdin. Peşəsindən, işindən asılı olmayaraq hamıda mütaliəyə böyük həvəs vardı. Amma indi mütaliəyə həvəs çox az adamda qalıb. Əvvəla, bir qədər əvvəl qeyd etdiyim kimi, mütaliəyə həvəs uşaqlıqdan formalaşdırılmalıdır. Bu gün əksər evlərdə nəinki bir kitaba, hətta bir qəzetə belə rast gəlməzsən. O evlərdə uşaqları kitaba cəlb edəcək heç nə olmadıqda onlar da mütaliənin nə olduğunu bilmirlər, oxumaq zövqündən bixəbər olurlar və böyüyəndə də mütaliə etməyə mənasız bir iş kimi baxırlar”. E.Babayev mütaliəyə marağın azalmasının digər səbəbi kimi cəmiyyətdə televiziyanın, üstəgəl internetin insanların həyatında ifrat şəkildə çox yer tutmasını görür: “İnsanlar dünyanı, içərisində yaşadıqları cəmiyyəti bunlarla görürlər, bu vasitələrlə həyatı görmək və öyrənmək maraqlarını ödəyirlər. Yəni bu vasitələr insanlarda oxumağa yox, daha çox görməyə, seyr etməyə, hansısa əsəri oxumaqdan çox, hansısa filmə tamaşa etməyə marağın artmasına səbəb olub. Əlbəttə, internet vasitəsilə hansısa əsərləri oxuyanlar olur, amma belə insanlar çox azdırlar. Həm də bu vasitələr o qədər informasiya bolluğu aşılayır ki, adamlar daha çox o informasiya bolluğuna aludə olurlar, kitab-qəzet mütaliəsi isə yaddan çıxmış olur. Halbuki artıq çox az adam kitab və ya qəzet mütaliəsinin dəyərinin bunlardan daha yüksək olduğunu anlayır”.
Əməkdar jurnalistin fikrincə, cəmiyyətdə mütaliə mədəniyyətini formalaşdırmaq prosesinə ilk növbədə ailələrdə və sonra məktəblərdə uşaqların mütaliə həvəsini yüksəltmək üçün işlərdən başlamaq lazımdır: “Xüsusən də məktəblərdə kitabxanaları uşaqların üzünə daha geniş açmaq, həyatlarına daha çox daxil etmək lazımdır. İctimai yerlərdə kitab mağazaları olmalıdır”.
Aktiv kitab müzakirələri təşkil edilsə
Hər gün mütaliə etdiyini, adətən elmi publisistik, təhsilşünaslıq tədqiqatlarına, avtobioqrafik oçerklərə, fəlsəfi əsərlərə üstünlük verdiyini bildirən Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini, Qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri ilə iş sektorunun müdiri Cəsarət Valehov hazırda bir neçə kitabı paralel oxuduğunu qeyd etdi. Belə ki, Harvard professoru Hovard Qardnerin "Мышление будущего" tədqiqatını, Den Senor və Sol Sinqerin "Нация умных людей" əsərini, İvan İlicin "Okulsuz toplum" əsərini və Ricard Nisbettin "Что такое интеллект и как его развивать" əsərlərini mütaliə edir. Övladlarının tərbiyəsində mütaliədən istifadə etdiyini və buna çox önəm verdiyini bildirən nazirlik rəsmisinin fikrincə, cəmiyyətdə mütaliəni təbliğ etmək üçün məktəblər vacib rol oynayır: “Akademik təhlillər göstərir ki, gündəlik 30-40 dəqiqə uşaqlara aktiv kitab oxumaq onların sonrakı intellektual inkişafında vacib rol oynayır. Ötən il təhsil naziri Mikayıl Cabbarovun əmri ilə məktəblərdə mütaliə klubları yaradılıb. Bu klublar kifayət qədər aktivdirlər. Onlar demək olar ki, hər ay tədbirlər, oxu saatları, müzakirə panelləri təşkil edirlər”. Nazirlik rəsmisi hesab edir ki, kitab mağazalarında oxumaq üçün yerlər müəyyən edilməlidir. Belə ki, burada həmçinin aktiv kitab müzakirələri təşkil edilsə, təbliğat üçün yaxşı nəticə olardı. Eləcə də elektron kitab müzakirələri, müəlliflə baş-başa dialoqlar çoxaldılmalıdır: “Bir də ki, kitab mağazalarına valideynlər uşaqlarını tez-tez aparmalıdırlar. Həm də valideyn özü də kitab oxumalıdır ki, uşaq ondan görüb götürsün. Bunun üçünsə evlərimizdə kitab güşələri olmalıdır”.
Təranə Məhərrəmova