Müstəqilliyimiz əbədidir
Astara Rayon İcra Hakimiyyəti,
Heydər Əliyev Mərkəzi və Bilik Evinin
birgə təşkilatçılığı ilə 18 oktyabr – Azərbaycanın Dövlət Müstəqiliyi gününə həsr
olunmuş tədbir keçirilib.
Heydər Əliyev Mərkəzində keçirilən tədbiri giriş
sözü ilə Rayon İcra Hakimiyyəti başçısının müavini Yasəmən Rəsulova
açaraq, müstəqillik tariximiz haqqında iştirakçılara məlumat verib.
Y.Rəsulova onu da vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev tərəfindən qorunub
saxlanılan müstəqilliyimiz bu gün Prezident İlham Əliyevin
rəhbərliyi ilə daha da möhkəmləndirilir və inkşaf etdirilir. Sonra "18
oktyabr - Dövlət Müstəqilliyi
günü” adlı filim nümayiş olunub.
Tədbirdə Astara Rayon İcra Hakimiyyətinin
məsul işçisi Elşad Axundov, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri
Firudin Əhmədov, Astara Pedaqoji Kollecinin direktoru Ağababa İbrahimov, Heydər
Əliyev Mərkəzinin direktoru Kübra Səmədova, Astara Mərkəzləşdirilmiş Kitabxana
Sisteminin direktoru Tural Eyvazov, Rayon Təhsil şöbəsinin
Metodmərkəzinin direktoru Emin Fətəliyev çıxış ediblər. Bildirilib
ki, Ümummilli liderin dövlət müstəqilliyinin
möhkəmlənməsinə yönələn siyasəti bu gün də uğurla həyata keçirilir. Ötən illərdə
sosial-iqtisadi, eləcə də humanitar sahələrdə əldə edilmiş nailiyyətlər Azərbaycanın
müstəqil dövlət kimi gücünü nümayiş etdirir.
18 oktyabr – Dövlət Müstəqilliyi gününə
həsr olunmuş daha bir tədbir İsmayıllı Bilik Evi və
İsmayıllı Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə
keçirilib. Tədbiri Sistemin Xidmət şöbəsinin
direktoru Səbirə Seyidova açaraq bu günün Azəbaycan tarixində önəmindən
danışıb.
İsmayıllı Bilik Evinin müdiri Sevinc
Novruzova müstəqilliyimizin 26-cı ildönümü münasibəti ilə tədbir
iştirakçılarını təbrik etdərək "Müstəqilliyimiz əbədidir” mövzusunda məruzə ilə
çıxış edib. O bildirib ki, 1991-ci ildə Sovetlər birliyinin dağılması nəticəsində
Azərbaycan xalqı öz müstəqilliyini yenidən bərpa edib. Həmin il oktyabrın 18-də
Azərbaycan Respublikasının Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya
aktını qəbul edib.
Sonra MKS-nin direktoru Könül Baxışova,
multimedia mütəxəssisi Aytəkin Dəmirova
çıxış edərək
Ümummilli lider Heydər Əliyevin müstəqilliyin əldə edilməsində
əvəzsiz rolunundan bəhs ediblər.
Sonda Müstəqilllik gününə həsr olunmuş videoçarx
nümayiş edilib.
Şəmkir Bilik Evi, Şəmkir Heydər Əliyev Mərkəzi və Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə rayonun Nizami Gəncəvi adına tam orta məktəbində 18 oktyabr – Dövlət Müstəqilliyi gününə
həsr edilmiş şeir müsabiqəsi keçirilib. Tədbirdə Azərbaycan
Respublikasının Prezidenti yanında Bilik Fondunun Şəmkir rayonu üzrə nümayəndəsi
Eyvaz Vəliyev, Rayon Təhsil Şöbəsinin metodisti İlhamə
İbrahimova, ümumtəhsil məktəblərinin müəllim və şagirdləri iştirak ediblər.
Müsabiqədə ümumilikdə 26 məktəbli iştirak edib. Əvvəlcə müsabiqə iştirakçıları
vətənpərvərlik mövzusunda şeirlərini səsləndiriblər. Qiymətləndirmə aparıldıqdan sonra qaliblər Rayon Təhsil Şöbəsinin fəxri fərmanları ilə təltif
olunublar.