• şənbə, 20 Aprel, 19:37
  • Baku Bakı 24°C

“Müsəlman ermənilər. Regionda geosiyasi oyunların yeni iştirakçıları” kitabının təqdimatı olub

12.10.17 15:40 1826
“Müsəlman ermənilər. Regionda geosiyasi oyunların yeni iştirakçıları” kitabının təqdimatı olub
Prezident yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) araşdırmaçı jurnalist Araz Qurbanovun "Müsəlman ermənilər. Regionda geosiyasi oyunların yeni iştirakçıları” kitabının təqdimatı keçirilib.
APA-nın məlumatına görə, təqdimatda müəlliflə yanaşı SAM rəhbəri Fərhad Məmmədov, Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdir müavini Ərəstu Həbibbəyli, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavinləri Gündüz İsmayılov və Siyavuş Heydərov, habelə digər qonaqlar iştirak ediblər.
F. Məmmədov bildirib ki, kitab düşmən Ermənistanla informasiya savaşında yeni bir layihənin tərkib hissəsidir və bu, davam edəcək.
Ə. Həbibbəyli, kitabın elmi məsləhətçisi, filologiya üzrə fəlsəfə doktoru Məsiağa Məhəmmədi, Milli Məclisin üzvü, AMEA Qafqazşünaslıq İnstitutunun direktoru, tarix elmləri doktoru, professorMusa Qasımlı, elmi rəyçitarix üzrə elmlər doktoru, professor Məhəbbət Paşayeva və müəllif Araz Qurbanov tədqiqat işinin yeniliyi və mahiyyətinə toxunublar, əsərdə əksini tapmış süni etno-siyasi problemlər, Ermənistanın və bəzi dövlətlərin Azərbaycanın, Türkiyənin, Gürcüstanın ərazi bütövlüyünə, etnik və dini sabitliyinə qarşı yönəldilmiş təhdidlər barədə məlumat veriblər, onların neytrallaşdırılmasında düzgün və məqsədyönlü təbliğat işinin əhəmiyyətini vurğulayıblar.
Təqdimat mərasimində Azərbaycan Prezidenti Administrasiyasının nümayəndələri, Milli Məclisin üzvləri, alimlər, siyasi və hərbi ekspertlər, hüquq-mühafizə orqanları və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.





banner

Oxşar Xəbərlər