• cümə, 29 Mart, 03:40
  • Baku Bakı 7°C

Mühacirətdə olan müsavatçı Arif Hacılının istefasını tələb etdi

16.11.19 19:42 1422
Mühacirətdə olan müsavatçı Arif Hacılının istefasını tələb etdi
Avropada ciddi mənada səs küy yaradan, əslində isə Azərbaycanda əksər radikalların içində olduğu üçün əksər siyasətçilər tərəfindən bilinən "siyasi mühacir" biznesi qalmaqalından sonra Müsavat Partiyasında etiraz səsləri eşidilməkdədir. Belə etirazçılardan biri də tez-tez Sevinc Osmanqızının "YouTube" kanalında canlı yayıma siyasi şərhçi kimi çıxan Ramiz Yunusdur.
Trend-in məlumatına görə, bunu jurnalist Oqtay Hacımusalı deyib. Onun sözlərinə görə, Ramiz Yunus saxta sənəd və miqrant alverində Müsavat Partiyasının rəhbərliyini ittiham edəndən və konkret olaraq Arif Hacılını bu məsələlərə açıqlıq gətirib istefa verməyə çağırandan sonra Arif Hacılı da R.Yunusa qarşı ciddi ittihamlar səsləndirib:
"Arif Hacılının ittihamlarına görə Razmik Baqdasaryan (Ramiz Yunus - red) 2000-ci ildə ABŞ-a mühacirətə getməmişdən qısa bir müddət öncə Müsavata üzv olub və bu da onun nə qədər saxtakar birisi olduğunun göstəricisidir. Cavabında isə Razmik Arif Hacılının ağ yalan danışdığını, hətta Müsavat Partiyasının mebellərini belə özünün düzüb qoşduğunu bildirib və sual edib ki, o zaman indiki Müsavat sədri harada olub? Arif Hacılı isə həmin dövrlərdə Razmikin partiyanın quruluşunda iştirak etmədiyi konusunda israr edib və ona bu yalanları gənclərə danışmasını tövsiyə edib".
Daha sonra jurnalist qeyd edir ki, əgər bir partiyanın adı siyasi mühacir qalmaqalında hallanırsa, ortada sənədlər varsa, birinci növbədə partiya rəhbərliyi kimlərəsə cavab vermək yerinə, içində bu prosesi araşdırıb günahkarları tapmalıdır:
"Hamı bilir ki, Razmik bu yaxınlarda keçirilən Müsavatdakı başqan seçimlərində Əli Kərimliyə və "Milli Şura"ya yaxın olan Tofiq Yaqublunu dəstəkləyirdi və bu gün onun və Əli Kərimlinin kurasiyasında mutasiyaya uğramış digər Müsavatçıların Arif Hacılıya qarşı gəlmələri normal bir prosesdir. Burada Müsavat rəhbərliyinin vəzifəsi yuxarıda da qeyd etdiyim kimi proseslərə obyektiv yanaşaraq Müsavat AKM də və eyni zamanda, partiya daxilində kimlərin bu işlərlə məşğul olduğunu axtarıb tapmaqdır. Qaldı ki Arif Hacılının son hadisələrdə dözümsüzlük nümayiş etdirməsinə, bu, yeni bir şey deyil. Radikal müxalifətin bütün qanadlarında bolşevik təfəkkürlü kripto komsomollar başda olduğuna görə bu hal anlaşılandır".
Xatırladaq ki, Almaniyanın hüquq-mühafizə orqanları Azərbaycanın Müsavat partiyasının üzvlərini saxlayıb. Cinayətkar şəbəkəyə daxil olan 7 nəfər həbs edilib.
Cinayətkar dəstənin qanunsuz "mühacir alveri"nə görə saxlanılan üzvləri barəsində yerli federal məhkəmələr tərəfindən 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Müsavat Partiyası funksionerləri isə hər vəchlə məsuliyyətdən yayınmağa, ictimai qınaqdan qaçmağa çalışırlar.
banner

Oxşar Xəbərlər