• cümə, 19 Aprel, 22:16
  • Baku Bakı 24°C

Müəllimlərin işə qəbulu müsabiqəsində gözlənilən yeniliklər açıqlanıb

28.04.21 10:51 413
Müəllimlərin işə qəbulu müsabiqəsində gözlənilən yeniliklər açıqlanıb
Təhsil Nazirliyi tərəfindən müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsi ilə bağlı ictimaiyyətin fikrinin öyrənilməsi, həmçinin prosesin təkmilləşdiriməsi məqsədi ilə sorğu keçirilib.
NazirlikdənAPA-ya verilən xəbərə görə, ictimai rəy öyrənildikdən sonra hazırda müəllim vəzifəsində çalışan şəxslərin yeni tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsində iştirakı üçün şərait yaradılmasına qərar verilib. Həmçinin, müsabiqənin test imtahanı mərhələsinin regionlarda təşkili və vakansiya seçimi zamanı imtahan nəticələrinin toqquşması hallarında ötən ildə tətbiq olunan əmsalların cari ildə də tətbiqi nəzərdə tutulub.
Qeyd edək ki, namizədlərin imtahan nəticələri bir tədris ili ərzində qüvvədə qalacaq.

banner

Oxşar Xəbərlər