AZE | RUS | ENG |


MM sədri Minskdə bir sıra görüşlər keçirib

MM sədri Minskdə bir sıra görüşlər keçirib
Belarusda rəsmi səfərdə olan Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti Minskdə bir sıra görüşlər keçirib.  
 
Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşlərdən biri Belarus Respublika Şurasının sədri Mixail Myasnikoviçlə olub.
 
Görüş zamanı M. Myasnikoviç bildirib ki, Belarus Azərbaycanla siyasi, iqtisadi, elmi və mədəni əlaqələrin inkişafına xüsusi önəm verir. O qeyd edib ki, hazırda Belarusda Azərbaycanın 58 şirkəti, Azərbaycanda isə Belarusun 70-ə yaxın şirkəti fəaliyyət göstərir.
 
O. Əsədov isə bildirib ki, Azərbaycanla Belarus arasında istər siyasi, istər də iqtisadi sahədə əlaqələr inkişaf edir, heç bir fikir ayrılığı yoxdur. O qeyd edib ki, regional parlament qurumları yaradılmalıdır, Azərbaycan və Belarus parlamentləri bu istiqamətdə birgə çalışa bilər.
 
Belarusun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini vurğulayan Milli Məclisin sədri bildirib ki, 2016-cı ilin aprel ayında cəbhə xəttində baş vermiş hadisə zamanı Belarus prezidenti Aleksandr Lukaşenko dərhal bəyanat verərək Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb.
 
Digər görüş Belarus parlamentinin Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenko ilə olub. Görüş zamanı parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, maşınqayırma, kənd təsərrüfatı, elm, təhsil, mədəniyyət sahələrində əlaqələrin dərinləşməsi barədə fikir mübadiləsi aparılıb.
 
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Minsk traktor zavodunun fəaliyyəti ilə tanış olub. Zavodla tanışlıqdan sonra Azərbaycan nümayəndə heyəti müəssisənin rəhbərliyi ilə görüşüb. Görüşdə qeyd olunub ki, Minsk traktor zavodu bu il ərzində Azərbaycana əlavə olaraq 460 texnika göndərmək niyyətindədir. Diqqətə çatdırılıb ki, müəssisə Gəncə avtomobil zavodu ilə birgə yığdığı traktorların Türkiyə bazarına çıxarılmasını planlaşdırır.
 
Nümayəndə heyətinin Minskə səfəri davam edir.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0042
GEL 1 Gürcü larisi 0.6292
GBP 1 İngilis funt sterlinqi 2.2935
TRY 1 Türk lirəsi 0.4397
KWD 1 Küveyt dinarı 5.6281
SEK 1 İsveç kronu 0.2002
EUR 1 Avro 1.9995
CHF 1 İsveçrə frankı 1.7079
USD 1 ABŞ dolları 1.7000