• cümə, 19 Aprel, 12:11
  • Baku Bakı 25°C

Məşhur anonim rəssamın II Elizabetə həsr olunmuş qrafitisi tapılıb

24.09.22 01:15 971
Məşhur anonim rəssamın II Elizabetə həsr olunmuş qrafitisi tapılıb

İngiltərənin Uiltşir qraflığında binalardan birinin divarında mərhum kraliça II Elizabetin şərəfinə çəkilmiş qrafit tapılıb.

AZƏRTAC xəbər verir ki, ehtimallara görə, müəlliflik məşhur anonim rəssam Benksiyə (Banksy) aid ola bilər.

Divarda rəssamın məşhur “Şarlı qız” əsəri çəkilib, lakin mərhum monarxın xatirəsinə kraliyyətə aid EIIR şifrəsi əlavə edilib. Bununla belə, bu işin Benksiyə aid olub-olmadığı dəqiq bilinmir. Çünki anonim rəssam adətən sosial şəbəkələrdə öz qrafitilərini yerləşdirir və nadir hallarda köhnə işləri üzərində iş görür.

banner

Oxşar Xəbərlər