• cümə axşamı, 18 aprel, 14:59
  • Baku Bakı 22°C

Məmmədyarov Nalbandyanla görüşəcək - Amerikalı həmsədr

19.09.17 16:46 1279
Məmmədyarov Nalbandyanla görüşəcək - Amerikalı həmsədr
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Endryu Şofer sentyabrın 18-dən etibarən həftə ərzində digər həmsədr həmkarları və Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşmək üçün Nyu-Yorkda olacaq.

Bu barədəAPA-ya amerikalı həmsədr məlumat verib.

O, görüşlərin hansı tarixlərdə keçiriləcəyini dəqiqləşdirməyib.

Qeyd edək ki, sentyabrın 19-25-də Nyu-YorkdaBMTBaş Assambleyasının sessiyası çərçivəsində əsas müzakirələr keçiriləcək. Minsk qrupu həmsədrləri sessiya çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü planlaşdırdıqlarını açıqlayıb. Azərbaycan xarici işlər naziriElmar Məmmədyarovgörüşə razılıq verdiyini bildirib.

Azərbaycan prezidentiİlham Əliyevdə sessiyada iştirak etmək üçün Nyu-Yorka səfər edib.
banner

Oxşar Xəbərlər