Mədəniyyət və Turizm Nazirliyi bu il 13 beynəlxalq turizm sərgisində iştirak edib

2014 –cü ildə Mədəniyyət və Turizm Nazirliyinin iştirak etdiyi beynəlxalq turizm sərgilərində turizm şirkətləri və mehmanxanalar tərəfindən 700-ə yaxın əməkdaşlıq müqavilələri bağlanıb.
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi xarici ölkələrindən Azərbaycana turist axınını təmin etmək məqsədilə mütəmadi olaraq beynəlxalq turizm sərgilərində iştirak edir. 2014-cü ildə Mədəniyyət və Turizm Nazirliyi Türkiyənin İstanbul şəhərində (EMİTT), Almaniyanın Berlin şəhərində (İTB), Rusiyanın Moskva şəhərində (MİTT), Ukraynanın Kiyev şəhərində (UİTT), BƏƏ-nin Dubay şəhərində (ATM), Qazaxıstanın Almatı şəhərində ( KİTF), Fransanın Paris şəhərində (Top Resa), Böyük Britaniyanın London şəhərində (WTM) keçirilmiş beynəlxalq turizm sərgilərində iştirak edib.
Bununla yanaşı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Konqreslər Bürosu işgüzar turizm sahəsinə həsr olunmuş Frankfurt şəhərində keçirilən İMEX və İspaniyanın Barselona şəhərində keçirilən EİBTM sərgilərində iştirak edib. "İMEX 2014" beynəlxalq turizm sərgisi çərçivəsində Azərbaycanın turizm potensialının təqdimatı keçirilib, həmçinin Frankfurt şəhərində 62 reklam lövhəsində Azərbaycana dair reklam yerləşdirilib.
Bundan əlavə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə cari ilin 19 - 29 sentyabr tarixində Fransanın Paris şəhərinin San Sülpis meydanında 10 gün davam edən "Azərbaycan şəhərciyi" adlı sərgidə Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan mədəniyyətinin nümayişi ilə yanaşı turizm potensialına həsr olunmuş lövhədə də təmsil olunub və nazirliyin sifarişi ilə hazırlanan fransız dilində "Evasion" bələdçi kitabı və "Azərbaycan mətbəxi" kitabçası Azərbaycanın birinci xanımı, millət vəkili Mehriban Əliyevaya və digər qonaqlara təqdim olunub. Sərgi zamanı nazirliyin stendini ziyarət edən qonaqlar interaktiv şəkildə www.azerbaijan.travel saytının fransız dili versiyası ilə tanış olublar.
Həmçinin, bu il ərzində nazirlik Türkmənistanın Avaza vilayətində təşkil olunan "Turizm və Səyahət" sərgisində də iştirak edib.
Xarici ölkələrdə təşkil olunan sərgilərlə yanaşı, hər il Bakıda təşkil olunan "AİTF" beynəlxalq turizm və səyahətlər sərgisində Mədəniyyət və Turizm Nazirliyi milli stendlə çıxış edir və bu il də istisna olmayıb. Xüsusi olaraq qeyd etmək yerinə düşər ki, sərginin işi ilə tanış olmaq məqsədilə Azərbaycanın prezidenti və xanımı sərgini ziyarət edib və iştirakçılara uğurlar arzulayıblar.
Qeyd etmək yerinə düşər ki, iştirak etdiyimiz sərgilərdə Azərbaycanın turizm imkanları ilə yanaşı mədəniyyətimiz təbliğ olunur, həmçinin milli stenddə təqdimatlar, ikitərəfli görüşlər və xarici turizm nümayəndələrinin iştirakı ilə seminarlar keçirilir.
Eyni zamanda adıçəkilən sərgilər zamanı iştirakçılara və ziyarətçilərə paylanması üçün 11 dildə 30 növdə Azərbaycanın turizm potensialını əks etdirən reklam-çap məhsulları nazirlik tərəfindən sifariş olunur. Bununla yanaşı sərgilərdə Azərbaycanın turizm imkanlarına həsr olunan 12 video çarx nümayiş olunur.
Beləliklə, il ərzində Mədəniyyət və Turizm Nazirliyi 13 beynəlxalq turizm sərgisində iştirak edib. Nazirlik tərəfindən təşkil olunan Azərbaycanın regionlarının turizm potensialını əks etdirən milli stendlərdə 74 turizm şirkəti və 32 mehmanxana iştirak edib.
Nazirlik tərəfindən aparılan təhlil göstərir ki, beynəlxalq turizm sərgilərində iştirak ölkəmizin turizm şirkətləri və mehmanxanaları üçün yeni xarici partnyorlar ilə işbirliyinin qurulması, habelə öz turizm məhsullarının xaricdə təbliği və ölkənin imici baxımından ən effektiv vasitələrindən biri hesab olunur. Təsadüfi deyil ki, 2014-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin iştirak etdiyi beynəlxalq turizm sərgilərində turizm şirkətləri və mehmanxanalar tərəfindən 700-ə yaxın əməkdaşlıq müqavilələri bağlanıb.