• çərşənbə, 17 Aprel, 03:14
  • Baku Bakı 14°C

Masallıda şəhid əsgər Nurlan Əbilovla vida mərasimi keçirilir

19.04.21 13:51 770
Masallıda şəhid əsgər Nurlan Əbilovla vida mərasimi keçirilir
Masallıda Azərbaycan Ordusunun şəhid olmuş əsgəri Nurlan Əbilovla vida mərasimi keçirilir.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, şəhid əsgər Nurlan Əbilovun nəşi doğulduğu Masallı rayonunun Ağakişibəyli kəndinə gətirilib. Şəhidlə vida mərasimində Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və rayon ictimaiyyəti iştirak edir.
Qeyd edək ki, Nurlan Fərrux oğlu Əbilov Prezident İlham Əliyevin qismən səfərbərlik haqqında elan etdiyi sərəncamla ordu sıralarına çağırılmışdı. O, Vətən müharibəsində Füzuli istiqamətində gedən döyüşlərdə ağır yaralanmışdı və aylardır ki, komada idi.

Nurlan Əbilov bu gün səhər saatlarında müalicə aldığı Silahlı Qüvvələrin Baş Klinik Hospitalında vəfat edib.
"Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilən şəhidimiz ailəli idi, iki övladı var.
banner

Oxşar Xəbərlər