• cümə, 19 Aprel, 17:36
  • Baku Bakı 25°C

Magistraturalara qəbul olunanların qeydiyyatı başlayır

03.07.13 08:15 1395
Magistraturalara qəbul olunanların qeydiyyatı başlayır
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından APA-ya verilən xəbərə görə, ali təhsil müəssisələrinin magistraturasına qəbul olanlar bu gündən iyulun 12-dək tələb olunan sənədləri təqdim etməklə, qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Bakalavrın həmin müddətdə qeydiyyatdan keçməməsi müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından xaric ediləcək.
Qeyd edək ki, 2013/2014-cü tədris ili üzrə 5765 bakalavr respublika ali təhsil müəssisələrinin magistraturalarına qəbul olub. Qəbul olanlardan 3835 nəfəri ali təhsil müəssisələrinin builki məzunları, 1930 nəfəri isə əvvəlki illərin məzunudur. Qəbul olanların 2616 nəfərini oğlanlar, 3149 nəfərini isə qızlar təşkil edir.
banner

Oxşar Xəbərlər