Magistral kəmərlərlə nəql olunan qazın həcmi 10% artıb
2017-ci ilin yanvar-iyul ayları ərzində magistral qaz kəmərləri ilə 12036,9 milyon mln. kubmetr qaz nəql edilib.
Dövlət Statistika Komitəsindən "APA-Economics”ə verilən xəbərə görə, əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,6% artım müşahidə olunub.
Qazın nəqlinin 36,8%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və 4426,4 mln. kub-metr qaz ötürülüb.