AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“LG” və “General Motors” ABŞ-da daha bir elektrik batareyası zavodu inşa edəcək

“LG” və “General Motors” ABŞ-da daha bir elektrik batareyası zavodu inşa edəcək

İqtisadiyyat
18 Aprel 2021, 10:00 488
Cənubi Koreyanın "LG Energy Solution” şirkəti ABŞ-ın "Geneal Motors” firması ilə birgə 2,3 milyard dollara Tennessi ştatında avtomobillər üçün elektrik batareyaları istehsal edən ikinci zavodu inşa edəcəklər.
AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, "Ultium Cells” birgə müəssisəsinin tabeliyində fəaliyyət göstərəcək zavodun illik istehsal gücü 500 min batareya olacaq.
"LG Energy Solution” açıqlamasında bildirib ki, şirkət bu zavodlar ilə sürətlə inkişaf edən elektrik avtomobilləri batareyaları bazarı olan ABŞ-da mövqeyini möhkəmləndirəcək. Tennessidə 2023-cü ildə istifadəyə verilməsi planlaşdırılan zavod "General Motors”un elektrik enerjisi ilə işləyən avtomobillərini batareyalarla təmin edəcək. ABŞ şirkəti cari onillikdə 30 belə model üzrə avtomobil istehsal etməyi hədəfləyib.
Qeyd edək ki, "LG Energy”nin hazırda ABŞ-ın Miçiqan ştatında litium-ion batareyaları istehsal edən zavodu fəaliyyət göstərir. "Ultium Cells” birgə müəssisəsinnin xətti ilə Ohayo ştatında tikilən zavod isə gələn il istifadəyə veriləcək. "LG Energy” hazırda dünyada ikinci ən böyük batareya istehsalçısıdır.