Lemparda “ilişdi”, MY-yə söz atdı
Portuqal mütəxəssis
Joze Mourinyo "Çelsi” və "Mançester Yunayted”in hazırkı durumu ilə bağlı
danışıb.
Kaspi.az xəbər
verir ki, Mourinyo komandaların durumunu öz dövründəki ilə müqayisə edib. O,
"Çelsi”nin baş məşqçisi Lemparda da "ilişib”:
"Sən məğlubiyyəti
"komandam yaxşı oynadı, futbolçular bütün qüvvəsini sərf etdi, fanatlar bu
komanda ilə fəxr edə bilərlər” kimi qəbul edirsənsə, deməli, böyük komanda
olmağın prinsipləri dəyişib”.
"Lempard
"Liverpul”la qarşılaşmadan sonra komandası ilə fəxr etdiyini demişdi. Mourinyo
MY-ni də tənqid edib:
"Məni qovdular.
Ola bilsin ki, buna layiq idim. Amma indi komandanın durumu mənim
vaxtımdakından da pisdir”.