• cümə axşamı, 18 aprel, 20:28
  • Baku Bakı 21°C

Lavrov: “Yaxın iki ildə BMT TŞ-da islahatlar barədə razılığa gəlmək real deyil”

17.10.17 15:15 1811
Lavrov: “Yaxın iki ildə BMT TŞ-da islahatlar barədə razılığa gəlmək real deyil”
”Yaxın iki ildəBMTTəhlükəsizlik Şurasında islahatlar barədə razılığa gəlmək real deyil”.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər nazirSergey Lavrovbildirib.
Onun sözlərinə görə, bütün strukturlar özünü təkmilləşdirməlidir: "Bu, Birləşmiş Millətlər Təşkilatına da aiddir.BMTTəhlükəsizlik Şurasında islahatlar ancaq konsensus əsasında həyata keçirilə bilər. Bu adi məsələ deyil. Fikrimcə, yaxın iki il ərzində razılıq əldə etmək real deyil, lakin proses davam edir. Bütün ölkələrin təklifləri dinlənilib".
S. Lavrov qeyd edib ki, RusiyaBMT-nin əsas orqanında dünyanın inkişaf etməkdə olan regionları - Afrika, Asiya və Latın Amerikasının tam təmsil olunmasının tərəfdarıdır və bunu islahatların əsas vəzifəsi kimi görür.
banner

Oxşar Xəbərlər