• şənbə, 20 Iyul, 14:20
  • Baku Bakı 32°C

Küçə uşaqları ilə bağlı böyük layihə

25.05.24 01:41 2554
Küçə uşaqları ilə bağlı böyük layihə

Ailə Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi və “Regional İnkişaf” İctimai Birliyi tərəfindən küçə uşaqları ilə bağlı böyük layihənin icrasına başlanılıb. Belə uşaqların çoxu qeydiyyatsız evlərdə, gecəqondularda yaşayırlar. 

Uşaq hüquqları ilə bağlı qanun layihəsi artıq aidiyyəti qurumların rəy mərhələsindədir. "Report" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva "Yetkinlik yaşına çatmayanlar tərəfindən və onlara qarşı törədilmiş hüquq pozuntularının qarşısının alınması: imkanlar və perspektivlər" mövzusunda elmi-praktiki konfransda çıxış edərkən deyib. O qeyd edib ki, qanun layihəsində uşaqlarla bağlı inzibati və məhkəmə icrası ilə əlaqədar yeni tələblər yer alıb.

Komitə, nazirlik və QHT-nin birgə layihəsi

Sədr müavini həmçinin bildirib ki, Ailə Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi və “Regional İnkişaf” İctimai Birliyi tərəfindən küçə uşaqları ilə bağlı böyük layihənin icrasına başlanılıb. O qeyd edib ki, mətbuatda çətin vəziyyətdə olan uşaqlarla bağlı mütəmadi məlumatlar yayımlanır: "Bəzən urbanizasiyanın nəticəsində aşkar olunmayan, amma dəstəyə ehtiyacı olan uşaqlarla bağlı məlumat alırıq. Onların çoxu qeydiyyatsız evlərdə, gecəqondularda yaşayırlar. Ona görə, Rayon İcra Hakimiyyətlərinin yerlərdəki nümayəndələrinin daha fəal olmasını istəyirik".

Sədr müavini əlavə edib ki, hüquq pozuntuları törətmiş, çətin tərbiyə olunan uşaqlarla iş zamanı psixoloqların prosesə cəlb edilməsi çox vacibdir: "Uşaqlarla iş məsələsində polis əməkdaşları ilə yaxşı işləyirik. Amma polis orqanlarında qadın əməkdaşların sayının artırılması işimizin xeyrinə ola bilər".

Mühüm sənədlər qəbul olunacaq

A.Sofiyeva bildirib ki, “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası” əsasında mühüm sənədlərin qəbulu da nəzərdə tutulur. O qeyd edib ki, artıq iki sənəd qəbul olunub: "Bunlar fövqəladə hallarda, pandemiya və sair durumda uşaqların təhsilə və digər sosial xidmətlərə əlçatanlıqda bərabərliyinin təmin edilməsi və xarici ölkələrdəki yetkinlik yaşına çatmayan Azərbaycan vətəndaşlarının ölkəmizə repatriasiyasi haqqında sənədlərdir. Növbəti üç sənəd isə demək olar ki, son mərhələdədir. Bu il həmin sənədlər də qəbul olunacaq".

 

banner

Oxşar Xəbərlər