Kiyev ÇL-in finalının təşkilinə nə qədər xərc çəkəcək?
2018-ci ildə Çempionlar Liqasının final oyunu Kiyevdə keçiriləcək.
Kaspi.az xəbər verir ki, təşkilati işlərlə bağlı Kiyev hakimiyyəti
ilə UEFA arasında müqavilə bağlanıb. Qarşılaşmanın keçirilməsi UEFA
maliyyələşdirəcək.
Kiyev isə "Julyanı” aeroportunda intensivliyi təmin etməlidir. Həmin
vaxt gün ərzində aeroporta 700 çarter
reysinin daxil olacağı gözlənilir.
Şəhər adından təntənəli qəbul və təhlükəsizlik tədbirlərinə cavabdehlik
də yerli hakimiyyətin üzərinə düşür.
Bundan başqa, hakimiyyət rəsmi nümayəndələrin şərəfinə də qəbul
təşkil etməlidir. İlkin məlumata görə, Kiyev hakimiyyəti bu tədbirlər üçün 800
min avro xərcləyəcək.