Kəskin respirator xəstəliklər və qrip
Payız-qış mövsümünün başlanması ilə
əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyalarında artım
müşahidə olunur. Kəskin respirator
virus infeksiyaları (KRVİ) əsasən hava-damcı yolu ilə ötürülən və tənəffüs
yollarının selikli qişasının iltihablaşması ilə xarakterizə olunan, nadir
hallarda konyuktivit və ya keratokonyuktivit, eləcə də orta dərəcəli
intoksikasiya ilə müşayiət olunan klinik baxımdan bir sıra oxşar kəskin
infeksiyaların ümumi adıdır. Kəskin respirator virus infeksiyasının yalnız
virus etiologiyalı olması mübahisəli məsələdir, bakterial törədicilər ilə də
yoluxma mümkündür.
Qrip
(influenza) əhali arasında adi xəstəlik kimi qəbul edilsə də, potensial olaraq
kifayət qədər təhlükəli xəstəlikdir. Hər il qripə milyonlarla insan yoluxur.
Hava-damcı yolu ilə ötürülən yüksək kontagioz xəstəlik olub, pnevmotrop RNT
tərkibli A, B və C tipli viruslar ilə törədilir.
Qripin ağırlaşmaları çox təhlükəldir. Bunlara
aiddir: otit, haymorit (qulaq və burun
sinuqları); meningit (beyin qişasının iltihabı); traxeit (traxeyaların
iltihba); miokardit (ürək əzələsinin ilthabı); pnevmoniya, bronxut (ağciyər və
bronxların iltihabı); qolmerulonefrit (böyüərklərin yumaqcıq aparatının
iltihabi zədələnməsi).
Yeni H1N1 virusu (Kaliforniya)
H1N1
qripi(əvvəlki adı «donuz qripi») - bu yeni qrip virusu olub, insandan insana
ötürülür. İlk H1N1 virusu 2009-cu ildə Kaliforniyada və Texasda qeydə
alınmışdır. Virus çox sürətlə yayılır. Ümumdünya Səhiyyə Təşkilatının 8 noyabr
2009-cu il göstəricilərinə görə, dünyada 504 min nəfərdə xəstəlik qeydə alınıb,
onların 6260 nəfəri dünyasını dəyişib (ölüm göstəricisi 1,2% təşkil etmişdir).
10 avqust 2010-cu ildə ÜST-ün baş direktoru Marqaret Çenin hesabatında isə
bildirildi ki, dünyada H1N1 ilə bağlı vəziyyət post-pandemik kimi
qiymətləndirilir. Belə ki, quş qripi 1997-ci ildə Honkonda virusun quşdan
insana ötürülməsi ilə qeydə alınmışdır. Xəstələnən hər üç nəfərdən biri
həyatını itirib. Cənub-Şərqi Asiyada isə 2004-2005-ci illər H5N1 ştamlarının
epidemiyası qeydə alınıb. Hazırda virus donuzlar vasitəsilə ötürülür, beləliklə, gələcək mutasiyalar üçün daha bir
imkan yaranır.
Səhiyyə
Nazirliyinin "İnsanlar arasında qrip xəstəliyi üzərində epidemioloji nəzarətin
gücləndirilməsi barədə” 18.11.2011-ci il tarixli 97 nömrəli əmrinə əsasən,
respublika üzrə ağır gedişli respirator virus infeksiyaları və qripəbənzər
xəstəliklər üzərində epidemioloji nəzarət davam etdirilmiş, 2016-2017-ci ilin
payız-qış mövsümü ərzində əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına
qarşı profilaktik və əks-epidemik tədbirlərin həyata keçirilməsi təmin
edilmişdir.
Müdafiə və vaksinasiya
Qripin əsas
profilaktik metodu vaksinasiya hesab edilir. Vaksin orqanizmin immunitetini
artırır və əhalinin sağlamlığının qorunmasına yardım edir. 2010-cu ilin yanvar
ayına olan məlumatlara görə, dünyanın 40-dan çox ölkəsində 150 milyondan çox
insan peyvəndlə təmin edilib. Artıq Avropanın 36 ölkəsində pandemik qripə qarşı
51 milyona yaxın insan peyvənd olunub, bu siyahıda hamilələrə xüsusi yer
verilib. Peyvənd olunanların 300 mini hamilə qadınlardır. Bu istiqamətdə
ölkəmizdə də geniş miqyaslı tədbirlər görülür, peyvəndin əhəmiyyəti haqqında
maarifləndirmə işləri həyata keçirilir. Azərbaycanda pandemik A (H1N1) qripi
virusuna qarşı vaksinasiya tədbirlərinin təcili həll olunması dövlət tərəfindən
əhalinin həyat və sağlamlığının qorunmasına yönəldilən zəruri və vaxtında
atılan addımdır. A (H1N1) vaksini Azərbaycana hələ 2010-cu ilin yanvar ayında
gətirilib və vaksin tədbirlərinin həyata keçirilməsinə başlanılıb. Prosesin
davamlılığına Səhiyyə Nazirliyi tərəfindən birbaşa nəzarət olunur.
Vaksinasiya üsulları
Qripin
vaksinasiyasında iki növ vaksindən istifadə edilir: canlı vaksinlər
(Selnovirion inaktivasiya olunmuş) və Selnovirion inaktivasiya olunmuş
(«Qrippoz inaktivasiya olunmuş ellüat sentrifuqadan keçirilmiş maye vaksin»;
«Qruppoz xromatoqrafik inkativasiya olunmuş maye vaksin»).
Canlı vaksinə qarşı əks göstərişlər: İstənilən
səbəbdən olan immunsupressiya; Yumurtaya qarşı güclü allergiya; Aspirin ilə
daim müalicədə olan böyüklər və uşaqlar.
İnaktivasiya olunmuş vaksinasiyaya əks
göstərişlər: Yumurtaya qarşı güclü allergiya; Keçmişdə
vaksinin istənilən komponentinə qarşı allergiya olduqda; Qızdırma ilə müşayiət
olunan kəskin xəstəlik (təxirə salınır).
Qripin
ağırlaşması və vaksinasiyanın tələb edilməsi üzrə yüksək risk qrupuna daxil
olan şəxslər: 6 aydan 19 yaşa qədər olan uşaqlar; 50 və daha yuxarı yaşlı şəxslər;
Hamilə qadınlar; Ağır xronik xəstəliklərdən əziyyət çəkənlər; İnternatlar, qocalar
evlərinin pasientlər və b.; Yüksək risk qrupuna daxil olan şəxslər ilə yaşayan
və ya onlara qulluq edən şəxslər; tibb işçiləri; yaşı 6 aydan az olan uşaqlara qulluq edən
şəxslər.
Yalnız
bakterial infeksiyalar zamanı antibiotiklərin istifadəsi effektivdir (məsələn,
hemolitik streptokokklar). Uşaqlarda antibiotiklər ilə terapiya pnevmoniya və
otitlərin tezliyini aşağı salır. Burun-udlaq yolundan selikli-irinli
möhtəviyyatın ifraz olunması («yaşıl burun suyu») xəstəliyin bakterial təbiətə
malik olduğunu sübut etmir və antibiotiklərin təyin edilməsinə göstəriş
deyildir. İltihab əleyhinə və qızdırmasalan preparatlar temperaturun aşağı
salınması və xəstənin vəziyyətinin yaxşılaşmasına xidmət edir. Antihistamin
preparatlardan I nəsil
antihistamin preparatları (dimedrol,
suprastin, tavegil) Antixolinergik effekt seliklə qatılaşdığı üçün təbii mukosilliar klirensin pozulmasına gətirib çıxarır, burun boşluğu və sinuslarda selikli qişanın quruluğuna səbəb olur, bronxial sekretin yapışqanlığı artır, onun qovulmasını çətinləşdirir, bronxial obstruksiyanı gücləndirir. II nəsil antihistamin preparatlar (klaritin,
erius)- antixolinergik effekt olmur. Yanaşı gedən atopiya və ya xronik sinusit olan xəstələrin müalicəsi üçün tövsiyə edilir. Burun tutulmasına qarşı vasitələr (dekonhestagenlər)
aşağıdakı növlərdən ibarət olur: qısa təsirli (4-6 saata qədər) - nafazolin,
tetrizolin və indanazolin (8-10 saat); orta davametmə təsir müddəti (8-10 saat)
- ksilometzolin (otrivin, ksimelin, dlyanos); uzun müddətli təsirlər (12 saata
qədər)- aksimetazolin. KRX və qrip
zamanı C vitaminin böyük dozada təyin edilməsi tövsiyə edilir, sutka 1q
dozada qəbul edildikdə 0,5 günə xəstəliyin davametmə müddətini azaldır və
təhlükəsiz hesab edilir.
Beləliklə,
hər bir xəstəlikdən, eləcə də kəskin respirator virus infeksiyaları və qripdən
qorunmağın ən yaxşı vasitəsi vaxtında aparılan profilaktik tədbirlər və
peyvəndlərin vurulmasıdır. Bu səbəbdən çalışın xəstələməyəsiniz. Müasir tibb
istənilən xəstəlik yaranmazdan əvvəl onunla mübarizə aparmağa imkan verir. Ona
görə də xəstələnməzdən əvvəl sağlamlığınızın qeydinə qalın. Sağlam bədən
insanın ən böyük hədiyyəsidir.
Könül Cəfərova
Azərbaycan Tibb universiteti
Yoluxucu Xəstəliklər kafedrasının
dosenti