• şənbə, 20 Aprel, 03:33
  • Baku Bakı 15°C

Karantin rejimini pozan Rəşad Dağlı məsuliyyətə cəlb edildi

20.04.21 20:15 989
Karantin rejimini pozan Rəşad Dağlı məsuliyyətə cəlb edildi
Qubada meyxana demək üçün toplaşmağa cəhd edənlərin qarşısı alınıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Kaspi.az-a bildirilib ki, rayon mərkəzində yerləşən obyektlərdən birində kütləvi toplaşma cəhdinin qarşısı alınıb. Belə ki, karantin qaydalarının pozulmasına görə, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə obyekt sahibi və məclisdə iştirak edən 82 şəxs barəsində qanunamüvafiq tədbirlər görülüb.
Məclisdə meyxana ustası kimi tanınan Rəşad Dağlı da iştirak edib. O da müvafiq qaydada məsuliyyətə cəlb olunub.
banner

Oxşar Xəbərlər