• cümə, 29 Mart, 16:38
  • Baku Bakı 14°C

Jurnalistlər ermənilərin Füzulidə istismar etdiyi mişar daşı yatağına baxış keçirib

28.04.21 14:21 526
Jurnalistlər ermənilərin Füzulidə istismar etdiyi mişar daşı yatağına baxış keçirib
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin(ETSN) təşkilatçılığı ilə bir qrup yerli kütləvi informasiya vasitələrinin nümayəndələri işğaldan azad edilmiş Füzuli rayonu Dövlətyarlı kəndində istismar olunmuş "Dövlətyarlı mişar daşı” yatağına baxış keçirib.
APA-nın Füzuliyə ezam olunan müxbiri məlumat verir ki, jurnalistlər əraziyə baxış keçirib, burada erməni vandalizminin şahidi olub.
Ekologiya və Təbii Sərvətlər NazirliyininMilli Geoloji Kəşfiyyat Xidmətinin rəsmisi Şahin Ataşov jurnalistlərə açıqlamasında Füzuli rayonundakı yataqların əksəriyyəti işğal dövründə istismar edildiyi deyib: "Dövlət və sahə balanslarında qeydiyyata alınmış 6 faydalı qazıntı - 2 mişar daşı, 1 qum-çınqıl, 2 gil və 1 yeraltı su yatağı mövcud olub".
O bildirib ki, işğaldan azad olunan ərazilərdə 167 ədəd qeyri-filiz və inşaat materialları qeydə alınıb.

banner

Oxşar Xəbərlər