• cümə, 19 Aprel, 21:34
  • Baku Bakı 24°C

"İşğaldan azad olunmuş ərazilər Azərbaycan iqtisadiyyatına töhfə verəcək" - Professor

28.04.21 23:45 700
"İşğaldan azad olunmuş ərazilər Azərbaycan iqtisadiyyatına töhfə verəcək" - Professor
"Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərə səfər edən yerli və xarici nümayəndələr erməni barbarlarının bu ərazidə törətdikləri vəhşilikdən dəhşətə gəlmiş, buranı ABŞ-ın atom silahının zərbəsinə məruz qalmış Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə bənzədiblər. O yerləri görənlər dağıdılmış şəhər və kəndlərin yenidən qurulması, infrastrukturun bərpa olunması üçün illərlə vaxt tələb olunacağı haqqında pessimist fikirlər irəli sürürdülər. Amma Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Cəbrayıl və Zəngilan rayonlarına son səfəri zamanı ortaya çıxan görüntülər bədxahlarımızın bu sahədə də verdiyi proqnozları alt-üst etdi".
Kaspi.az xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin professoru, politoloq Əlimusa İbrahimov söyləyib.
O bildirib ki, işğaldan azad olunan torpaqlarımızın normal və əvvəlkindən daha artıq vəziyyətə gətiriləcəyi gün heç də uzaqda deyil. Professorun sözlərinə görə, yaxın 1-2 il müddətində Azərbaycan iqtisadiyyatında bu ərazilərin çəkisi özünəməxsus yer tutacaq: "Bu inam əldə olunan nailiyyətlərdə və ölkə rəhbəri İlham Əliyevin Cəbrayıl və Zəngilan rayonlarına səfəri zamanı verdiyi tövsiyələrdə özünü aydın şəkildə göstərir. Nədir bu tövsiyələr?Dövlətimizin başçısının Cəbrayıl rayonunun girişində "Cəbrayıla xoş gəlmişsiniz!” sözləri yazılmış lövhənin qarşısında söylədiyi fikirlərə diqqət yetirək:"Vaxtilə Cəbrayıl rayonunun girişində ucaldılmış lövhəni biz indi yenidən qurduq və eyni formada, eyni dizaynla. Biz "Cəbrayıla xoş gəlmişsiniz!” lövhəsini bərpa etdik. Sovet vaxtında bu abidə, - əgər belə demək mümkündürsə, - qoyulmuşdur, ucaldılmışdır və işğal dövründə tamamilə sökülmüş, paslanmışdır. Bunun paslanmış görüntüləri artıq mətbuatda da var. Ona görə tarixi ədaləti bərpa edərək, Cəbrayıl rayonunun girişində yerləşən bu "Xoş gəlmişsiniz!” lövhəsini, abidəni biz yenidən bərpa etdik. Azad edilmiş bütün torpaqları bərpa edəcəyik, bütün şəhərləri, kəndləri bərpa edəcəyik”.Əminik ki, Azərbaycan Prezidentinin dilindən Cəbrayıl üçün deyilən bu kəlmələr işğaldan azad edilən bütün rayonlarımız üçün şamil olunacaq. Biz növbə ilə digər rayonlarımızın giriş qapısında əvvəlki kimi və ondan daha yaraşıqlı lövhələr ucaldacağıq. Azərbaycan xalqının ölkə rəhbərinin verdiyi bu vədlərin yerinə yetirəcəyinə heç bir şübhəsi yoxdur. Çünki ölkə rəhbəri İlham Əliyev Azərbaycanda Prezident kimi fəaliyyətə başladığı zaman xalqımıza erməni işğalında olan torpaqlarımızın azad olunması haqqında verdiyi sözü ləyaqətlə yerinə yetirdi. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin qətiyyəti və rəşadətli Ordumuzun şücaəti sayəsində torpaqlarımız erməni işğalından azad olundu və mənfur qonşularımıza tarixboyu unutmayacaqları bir dərs verildi".
Ə.İbrahimov işğaldan azad olunmuş torpaqlarımızda hazırda quruculuq işlərinin aparılmasına diqqət çəkib. Qeyd edib ki, xalq və dövlət birliyi sayəsində quruculuq işləri də uğurla başa çatdırılacaq: "Cəbrayıl rayonunda Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin açılışı xüsusi əlamətdar oldu və bu hadisə 44 günlük Vətən müharibəsində Qələbə fonunda olduqca diqqətəlayiqdir. Bu, həm də Azərbaycanın dövlət atributlarının qorunması istiqamətində hansı addımların atıldığının bariz nümunəsidir. Hərbi hissəsinin açılışında burada yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları ilə görüşdə çıxış edərək deyib:"Əziz sərhədçilər, bu gün ölkəmizin həyatında əlamətdar bir gündür. Azərbaycan-İran sərhədində Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissəsi açılır. Bu açılışda mən iştirak edirəm və bu, bir daha Sərhəd Xidmətinin işinə verdiyimiz diqqətin təzahürüdür.Vətən müharibəsi dövründə Azərbaycan-İran sərhədi tam bərpa edilib, işğal altında olmuş 132 kilometr sərhəd bərpa edilibdir. Müharibədən dərhal sonra sərhəd boyunca bütün lazımi istehkam, mühafizə işləri görülməyə başlamışdır. Bu hərbi hissənin fəaliyyətə başlaması bunun bariz nümunəsidir. Bütün sərhəd boyunca - həm Azərbaycan-İran, həm Azərbaycan-Ermənistan sərhədləri boyunca lazımi işlər aparılır.Azərbaycan-İran sərhədi dostluq sərhədidir. Bu sərhədin qorunması Azərbaycan-İran əlaqələrinin inkişafı üçün də çox böyük önəm daşıyır. Bizim İran İslam Respublikası ilə digər istiqamətlərdə sərhədimiz var və bu, sözün əsl mənasında, dostluq, əməkdaşlıq sərhədidir. Hər iki ölkənin sərhəddən keçən vətəndaşları bundan faydalanırlar. Eyni zamanda, ildən-ilə artan yüklərin həcmi Azərbaycan-İran əlaqələrinin inkişafından xəbər verir”.
Professor torpaqlarımızın işğaldan azad olunduğunu, sərhədlərimizin tam bərpa edildiyini dilə gətirib: "Düşmənin bundan sonrakı həmlələrinin qarşısını ala biləcək güclü ordumuz yaranıb, yanımızda qardaş Türkiyə dövləti var. Bütün bunlara dahi lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti sayəsində nail olmuşuq.İstənilən dövlətin apardığı ədalətli və uğurlu müharibədən sonra əldə olunmuş nəticələrdən məharətlə istifadə etmək kimi vəzifələr də dayanır. Bu gün Azərbaycan məhz belə vəzifələri yerinə yetirmək uğrunda yeni mübarizəyə başlayıb. Bu mübarizə qarşımıza işğaldan azad olunmuş əraziləri qısa müddətdə Azərbaycan iqtisadiyyatına qoşmaq, torpağımızın bir parçası olan Naxçıvanımızla yerüstü dəhlizi açmaq kimi vəzifələr qoyur. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın regiona hər səfəri bu torpaqların yenidən canlanacağı günü bizə daha da yaxınlaşdırır”. (Azərtac)
banner

Oxşar Xəbərlər