• çərşənbə, 24 Aprel, 06:33
  • Baku Bakı 13°C

İraq ordusu Kərkükdə strateji mövqelərə nəzarəti ələ keçirib

16.10.17 16:10 1535
İraq ordusu Kərkükdə strateji mövqelərə nəzarəti ələ keçirib
Ötən gecə yerli vaxtla saat 01.00 radələrindəİraqordusunun başladığı Kərkük əməliyyatı davam edir.
APA-nın "Hürriyet”ə istinadən verdiyi məlumata görə, saat 11.00 radələrindəİraqKürdüstan Bölgə Muxtariyyətinə bağlı peşmərgələrin bir sıra strateji nöqtələrdən çəkildiyi açıqlanıb.
İraqordusu şəhərin cənub istiqamətində Keyvan hərbi bazası, Kərkükhavalimanı, Kərkük Elektrik Stansiyası, neft və qaz yataqları olan əraziyə nəzarəti ələ keçirib. ŞimaliİraqNeft Şirkəti və yaxınlıqdakı neft emalı zavodu döyüşsüz alınıb. Bu aradaİraq Kürdüstan Bölgə Muxtariyyətinin rəhbəri Məsud Bərzaninin lideri olduğuİraqKürdüstan Demokrat Partiyasının nəzarətində olan peşmərgələrİraqKürdüstan Yurdsevərlər Birliyinə (İKYB) bağlı peşmərgələri mövqelərini döyüşsüz tərk etməkdə ittiham ediblər. İKYB-nin peşmərgələrə məsul nümayəndəsi Vesta Resulİraq ordusuna müqavimət göstərəcək gücləri olmadığı üçün geri çəkilmək məcburiyyətində qaldıqlarını bildirib. V. Resulİraqo rdusunun 350 tank və ağır silahlarla hücum çəkdiyini açıqlayıb. İKYB-nin peşmərgə komandanı Aras Şeyh Cengi isəİraqordusunun Kərkük əməliyyatının beynəlxalq anlaşma çərçivəsində həyata keçirildiyini iddia edib.
Bu aradaİraqKürdüstan Bölgə Muxtariyyəti hakimiyyəti tərəfindən Kərkükə yerləşdirilən 700-ə yaxın PKK terrorçuları şəhərdə yeni müdafiə xətti yaratmağa çalışır və bununla bağlı görüntüləri "Anadolu” agentliyi yayıb.
Qeyd edək ki,İraqhökuməti Kərkük əməliyyatından öncə PKK terrorçularının Kərkükə yerləşdirilməsini müharibə elanı kimi dəyərləndirmişdi. Artıq TürkiyəXarici İşlər Nazirliyi(XİN) də PKK terrorçularının Kərkükə yerləşdirilməsinə etirazını ifadə edib,İraqtorpaqlarında PKK-nın mövcudluğuna son qoymaq üçünİraqhökuməti ilə hər cür əməkdaşlığa hazır olduğunu vurğulayıb. Türkiyə XİN-in bəyanatındaİraqordusunun Kərkük əməliyyatına dəstək ifadə olunub: "İraqhökumətinin tarix boyunca türkmənlərin yurdu olan Kərkükdə Konstitusiyanın tələblərinin yerinə yetirilməsi istiqamətində atdığı addımları dəstəkləyirik”.
banner

Oxşar Xəbərlər