• cümə, 29 Mart, 16:02
  • Baku Bakı 14°C

İranda daşqınlar 12 nəfərin həyatına son qoydu

12.08.17 16:20 993
İranda daşqınlar 12 nəfərin həyatına son qoydu
İranın şimal-şərqində aramsız yağışların ardına güclü daşqınlar baş verib. Trend-in məlumatına görə, daşqınlar ölkənin 2 əyalətində 12 nəfərin həyatına son qoyub. İranın Böhrana qarşı İdarə rəhbərinin sözlərinə görə, ölənlərdən 10 nəfər Xorasan, 2 nəfər isə Gülüstan əyalət sakinləri olub.
Bəzi İran KİV-ləri isə daşqınlar nəticəsində ölənlərin sayının daha çox, eləcə də itkin düşənlərin olması barədə məlumat yayıblar.
Qeyd edək ki, aprel ayında İranın şimal-qərbində daşqınlar nəticəsində 36 adam ölmüşdü.
banner

Oxşar Xəbərlər