İndoneziya səfiri ADU-da dərs keçib
İndoneziyanın Azərbaycandakı
səfiri Hüsnan Bəy Fanani Azərbaycan Dillər Universiteti ilə qarşılıqlı
razılaşma əsasında universitetin indoneziyaşünaslıq ixtisası üzrə təhsil alan
256-cı qrup tələbələrinə İndoneziyanın siyasi sistemi fənnindən dərs keçib.
Təmsil etdiyi ölkənin siyasi tarixi
haqqında ətraflı məlumat verən səfir İndoneziya xalqının müstəqillik mübarizəsi,
vahid xalq, vahid dil və vahid ərazi ideologiyası uğrunda apardığı mübarizəsindən
danışıb. O, həmçinin ölkəsinin dünyada multikultural ölkə kimi tanınmasından bəhs
edib.
İndoneziya Araşdırmalar Mərkəzinin təşəbbüsü
ilə keçirilən dərs interaktiv şəkildə davam edib, səfir tələbələri
maraqlandıran sualları cavablandırıb.
Qeyd edək ki, Auditoriya+
proqramı çərçivəsində səfir cari il ərzində həftədə bir dəfə olmaqla
"İndoneziyanın siyasi sistemi”, "İndoneziyada siyasi partiyalar”,
"İndoneziyanın konstitusion sisteminin özəllikləri”, "Pancasila fəlsəfəsinin əsasları”,
"Pancasila İndoneziya xalqının fəlsəfi ideologiyası” və digər mövzularda tələbələrə
mühazirə oxuyacaq.