• cümə, 29 Mart, 14:29
  • Baku Bakı 14°C

Çində koronavirusa yoluxanların 95 faizə qədəri sağalıb

08.04.20 09:51 467
Çində koronavirusa yoluxanların 95 faizə qədəri sağalıb
Çində yeni növ koronavirusdan (COVİD-19) daha 2 nəfər dünyasını dəyişib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Çinin gigiyena və səhiyyə üzrə Dövlət Komitəsindən bildiriblər.
Bildirilir ki, Çində koronavirusa yoluxanlardan 94,4 faizi sağalıb, son sutka ərzində sağalanların sayı 112 nəfər təşkil edir.
Məlumata əsasən, xaricdən ölkəyə qayıdan 1 042 vətəndaşda koronavirus aşkarlanıb, son sutka ərzində 59 nəfərdə aşkar edilib.
Ölkədə koronavirusa yoluxanların ümumi sayı 81,8 mini ötüb, 3,3 mindən artıq insan ölüb.
banner

Oxşar Xəbərlər