• şənbə, 20 Aprel, 20:07
  • Baku Bakı 24°C

“İlk maaşıma restoranda banket təşkil etdim” - Keçmişdəki mən

12.06.20 14:22 7811
“İlk maaşıma restoranda banket təşkil etdim” - Keçmişdəki mən
Azad İsazadə: "Xoşbəxt bir uşaq olmuşam”
"Uşaqlıq illərim şən və qayğısız keçib. Ailəmiz böyük idi. Bəzən xalalar, bibilər, dayılar, onların uşaqları bir evə yığışar, mahnı oxuyar, rəqs edərdik. Bəzən də həyətdə uşaqlarla futbol oynamaqdan şalvarımın dizləri cırılardı. Bütün bunlarla yanaşı, kitab oxumağı da çox sevirdim. Yatmazdan əvvəl, hətta yemək yeyəndə belə, kitab oxuyurdum”. Bu sözləri bizimlə söhbətində tanınmış psixiatr Azad İsazadə söylədi. Onunla müsahibəmizdə psixoloqun keçmişinə işıq saldıq.
Ən kiçik nəvə
1958-ci ildə Bakıda, ziyalı ailəsində dünyaya gələn müsahibim deyir ki, uşaqlıq illəri elə Bakıda keçib: "Atam və anam alim idi. Hər ikisi Azərbaycanın Milli Elmlər Akademiyasında çalışırdı. Mənim uşaqlıq illərim "Baksovet” adlanan ərazidə, indiki İçərişəhərdə keçib. 1995-ci ilə qədər orada yaşamışam. Mənim uşaqlıq illərim Sovet dövrünün ən dinc illərinə 60-cı illərə təsadüf edib. Xoşbəxt bir uşaq olmuşam. Ailəmiz böyük idi. Dayılarım, xalalarım, bibilərim həmişə bir yerə yığışardıq. Uşaqlar bir-biri ilə oynayar, böyüklər söhbət edərdi. Qohumlarımızın arasında musiqiçilər də var idi. Atam özü də musiqişünas idi. Pianinoda ifa edər, mahnı oxuyar, rəqs edərdik. Yay fəsli isə Abşerondakı bağımızda nənəmgildə keçirirdim. Nəvələrin arasında ən kiçik uşaq mən idim deyə, nənəm məni hamıdan tez bağa aparırdı. Mayın axırından sentyabra qədər orada qalırdım. Nənəm nazımla çox oynayırdı”.


banner

Oxşar Xəbərlər