İlin oxunmalı kitabları
"HuffingtonPost” redaktorları iddia edir ki, bu il ecazkar
romanların və qısa hekayə toplularının bərəkəti və keyfiyyəti ilə sevinəcəyik.
Kler Fallonun bu payızın "möhtəşəm əsərləri” başlığı altında topladığı
kitabların müəllifləri arasında 2015-2016 və 2016-2017-ci illərin mükafatdan
bol, uğurlu imzaları ilə yanaşı, debüt əsəri ilə bu il diqqət mərkəzində olmağı
hədəfləyənlər də var. Məktəbə dönüş və rəngli köynəklər mövsümü bu il həm də
unudulmaz hekayələrlə yadda qalacaq. Beləliklə, bu mövsüm çaylarınızı müşayiət
edəcək əsərlər siyahısından ilk onluğu təqdim edirik. Siyahının tam versiyası
ilə dərginin rəsmi internet ünvanından tanış ola bilərsiniz.
· Seleste Nq – "Hər yeri bürüyən alov”
("Little fires everywhere”)
· Nikol Kraus – "Meşə qaranlığı” ("Forest
dark”)
· Salman Rüşdi – "Qızıl ev” ("The golden
house”)
· Lili Tak – "Bacılar” ("Sisters”)
· Natan Enqlander – "Yer kürəsinin
mərkəzində nahar” ("Dinner at the center of the Earth”)
· Ceyms MakBrayd – "Beş karatlıq
mənəviyyat” ("Five-carat soul”)
· Cozefin Rov – "Sadiq heyvan” ("Faithful
animal”)
· Sorayya Kan – "Casuslar şəhəri” ("City
of spies”)
· Cennifer Eqan – "Manhattan çimərliyi”
("Manhattan beach”)
· Marta Batalha – "Euridis Qusmaonun
bilinməyən həyatı” ("The invisible life of Euridice Gusmao”)