• şənbə, 20 Aprel, 02:58
  • Baku Bakı 15°C

İlin ən yaxşı futbolçusu Ronaldo seçildi

24.10.17 10:50 2304
İlin ən yaxşı futbolçusu Ronaldo seçildi
FİFA 2017-ci ilin ən yaxşılarını mükafatlandırıb.
Kaspi.az xəbər verir ki, İngiltərənin paytaxtı Londonda təşkil olunan "The Best” adlı tədbirdə müxtəlif nominasiyalar üzrə ən yaxşıların adları açıqlanıb.
2017-ci ilin ən yaxşı futbolçusu Kriştiano Ronaldo seçilib. İspaniyanın "Real” klubunun portuqaliyalı hücumçusu ilə yanaşı, bu ada Lionel Messi ("Barselona”) və Neymar da (PSJ) namizəd idi.
İlin ən yaxşı baş məşqçisi İspaniyanın "Real” klubunun baş məşqçisi Zinəddin Zidan seçilib. Madrid təmsilçisi ilə ötən mövsüm İspaniya La Liqasının və Çempionlar Liqasının qalibi olan fransız mütəxəssislə yanaşı, bu adı almağa Massimiliano Alleqri ("Yuventus") və Antonio Konte ("Çelsi") də namizəd idi. Zidan ilin ən yaxşı futbolçusu (1998) və məşqçisi (2017) mükafatını alan ilk futbol adamı kimi tarixə düşüb.
İlin ən yaxşı qapıçısı İtaliyanın "Yuventus” klubunun futbolçusu Canluici Buffon seçilib. Bu mükafata italiyalı qapıçı ilə yanaşı, Keylor Navas ("Real”, İspaniya) və Manuel Noyer ("Bavariya”, Almaniya) də namizəd idi.
Buffon ötən mövsüm "Yuventus”la növbəti dəfə İtaliya çempion olub, UEFA Çempionlar Liqasında final oynayıb.
banner

Oxşar Xəbərlər