• cümə axşamı, 28 mart, 18:02
  • Baku Bakı 13°C

İki min hektardan çox ərazi mina və PHS-dən tam təmizlənib - ANAMA

06.05.21 12:22 509
İki min hektardan çox ərazi mina və PHS-dən tam təmizlənib - ANAMA
Hazırda Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam, Tərtər, Xocavənd rayonlarında, o cümlədən Şuşa şəhərində evlərin və həyətyanı ərazilərin minalardan təmizlənməsi həyata keçirilir.
Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Təmizləmə və tədqiqat şöbəsinin müdiri İdris İsmayılov bildirib.
"Bu günədək aparılan əməliyyat tədbirləri zaman 2051 hektar ərazi mina və partlamamış hərbi sursatdan tam təmizlənib. Əməliyyatlar zamanı 18 min 648 mina və partlamamış hərbi sursat tapılıb və zərərsizləşdirilib”.

banner

Oxşar Xəbərlər