İdlibdə silahlıların hücumu nəticəsində iki Suriyalı əsgər ölüb
 
                    
                        "İdlibdə yerləşən cəmləşmə rayonunun cənub hissəsində təxribatçı qrup Suriyanın hökumət qüvvələrinin Ruayha kəndi ərazisindəki mövqelərinə hücum edib.
                                            
                                            
                                    APATASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Suriyada Döyüşən tərəflərin barışıq mərkəzinin rəhbəri kontr-admiral Aleksandr Karpov bildirib.
A.Karpov əlavə edib ki, hücumun dəf edilməsi zamanı azı iki terrorçu öldürülüb: "Eyni zamanda Suriya ordusunun 2 əsgər ölüb, 1 nəfər yaralanıb. Hücum edən tərəf Zigata yaşayış məntəqəsi istiqamətində geri çəkilib”.
 
                 
         Bakı 19°C
 Bakı 19°C
                     
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                