• cümə, 29 Mart, 05:34
  • Baku Bakı 7°C

İbrahim Kalın: "Şimali İraqda referendum ləğv edilməsə, ciddi nəticələri olacaq"

23.09.17 14:26 1404
İbrahim Kalın: "Şimali İraqda referendum ləğv edilməsə, ciddi nəticələri olacaq"
"İraqın şimalındakı referendum ləğv olunmasa, bunun ciddi nəticələri olacaq".
APA-nın NTV-yə istinadən verdiyi xəbərə görə, bu sözləri Türkiyə prezidentinin baş müşaviri və sözçüsü İbrahim Kalın deyib.
İ. Kalın bildirib ki, kürd muxtariyyətinin rəhbərliyi bu böyük xətadan dərhal geri dönməlidir.
Xatırladaq ki, sentyabrın 25-də ŞimaliİraqKürd Muxtariyyəti ərazisində müstəqillik barədə ümumxalq səsverməsi keçiriləcək. Türkiyə Milli Təhlükəsizlik Şurasının sentyabrın 22-də keçirilən toplantısında bu referendum qanunsuz elan edilib və baş tutacağı halda, Ankaranın beynəlxalq və ikitərəfli müqavilələrdən irəli gələn hüquqlarından istifadə edəcəyi bildirilib. Türkiyə Silahlı Qüvvələri hazırda İraqla həmsərhəd ərazidə hərbi təlim keçirir.
banner

Oxşar Xəbərlər