• cümə, 29 Mart, 03:23
  • Baku Bakı 7°C

“Hərbi zəkalıyam” intellektual bilik yarışması keçirilib

16.10.17 15:30 1944
“Hərbi zəkalıyam” intellektual bilik yarışması keçirilib
Müdavimlər qarşısında çıxış edən Cəmiyyət sədri Şahvələd Əliyev yarışmanın Dövlət Müstəqilliyimizin 26-cı ildönümünün qeyd olunduğu ərəfəyə təsadüf etdiyini deyib. O müstəqilliyimizi əbədiləşdirən ulu öndər Heydər Əliyevin "Hər bir Azərbaycan gənci müstəqil dövlətimizin fəal qurucusu olmalıdır.” sözlərini misal gətirərək, gənc müdavimlərə bu sözləri dərk etməyi və nəticə çıxarmağı tövsiyə edib.
Şahvələd Əliyev xüsusilə vurğulayıb ki, bu gün prezident İlham Əliyevin gənclərlə bağlı imzaladığı sərəncamlar, qəbul etdiyi dövlət proqramları gənclərin hərtərəfli inkişafına yönəlib. O söylənilənlərin əyani göstəricisi kimi cənab Prezidentin gənclərlə bağlı etdiyi çıxışlarda gənclərin intellektual səviyyəsinin yüksəldilməsi və hərbi vətənpərvərlik ruhunda tərbiyələndirilməsi ilə bağlı önə çəkdiyi məsələləri, 2012-ci il tarixli Fərmanla yaratdığı "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətini, "Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramının təsdiq edilməsi haqqında növbəti Sərəncamını sadalayıb. Cəmiyyət sədri Milli Ordumuz üçün mütəxəssis-əsgərlərin hazırlanması kimi şərəfli missiyasının Cəmiyyətin üzərinə düşdüyünü nəzərə çatdırıb, buna görə də təşkil edilən bu kimi yarışmaların gənc müdavimlərin hazırlıq keçdikləri xüsusi hərbi ixtisaslarla yanaşı hərbi vətənpərvərliyinə, intellektual hərbi biliklərinin aşkara çıxarılmasına, bilik və məlumat bazalarının möhkəmləndirilməsinə, ümumilikdə isə çağırışaqədərki hazırlıqlarına xidmət etdiyini bildirib.
Daha sonra yarışmaya start verilib. Yarışmada Cəmiyyətin Sabunçu, Xətai, Bakı şəhəri Nizami, Binəqədi və Nəsimi rayon 1 nömrəli, Sumqayıt şəhər 1 və 3 nömrəli filiallarını təmsil edən hər komandanın tərkibində 5 nəfər olmaqla, ümumilikdə 35 müdavim mübarizəyə qoşulub.
Maraqlı mübarizə şəraitində keçən yarışda Cəmiyyətin Binəqədi rayon filialının komandası 116 bal toplayaraq qalib olub. Nəsimi komandası 115 balla ikinci, Nizami komandası isə 84 balla üçüncü yerə layiq görülüb.
Sonda çıxış edən Cəmiyyət sədri Şahvələd Əliyev bildirmişdir ki, "Hərbi zəkalıyam” intellektual bilik yarışmasının nəticələri bir daha göstərdi ki, "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin filiallarında xüsusi hərbi ixtisaslara yiyələnmək istəyən çağırışçılar gələcəkdə vətənə hərbi borclarını layiqincə verəcək, onlar təkcə hərbi texnikanı mükəmməl idarə etməklə deyil, mənəvi əxlaqi dəyərlərə sədaqətləri ilə də seçiləcək, bilikli və intellektual vətəndaş olacaqlar. O bugünkü tədbirin gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsi işinin təbliği məqsədi ilə qarşıya qoyulan məqsədə doğru daha bir addım olduğunu və bundan sonra da müdavimlərin iştirakı ilə müxtəlif səpkili tədbirlər təşkil etməklə hərbi vətənpərvərlik işinin şaxələndiriləcəyini söyləyib.
banner

Oxşar Xəbərlər