Hərbi sahədən yazan bir qrup jurnalist cəbhəyanı zonada olublar
Müdafiə Nazirliyinin dəstəyi ilə "Dinc Dünya” Araşdırma Mərkəzinin
nəzdində fəaliyyət göstərən Konfilikt Jurnalistikası Məktəbinin (KJM) təşəbbüsü
ilə hərbi sahədən yazan bir qrup jurnalist sentyabrın 21-i və 22-də cəbhəyanı
rayonlara səfər ediblər. Jurnalistlərin əvvəlcə Xocavənd Rayon İcra
Hakimiyyətinin başçısı Eyvaz Hüseynovla görüşü olub. Görüş zamanı E.Hüseynov
Ermənistanın ölkəmizə qarşı təcavüzü, münaqişənin tarixi kökləri, Ermənistan
silahlı birləşmələri tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğal
edilməsi, həyata keçirilən soyqırımı və etnik təmizləmə aktları, Dağlıq Qarabağ
ərazisində azərbaycanlılara qarşı törədilmiş erməni vəhşiliyindən, münaqişənin
müharibəyə çevrilməsi mərhələləri barədə ətraflı məlumat verib. O, 2016-cı ilin
aprel ayında düşmən üzərində qazanılan qələbənin əhəmiyyətindən danışıb,
xalqımızın daha böyük qələbələr qazanacağına əminliyini ifadə edib. İcra
başçısı jurnalistləri maraqlandıran sualları da cavablandırıb.
Rahib Məmmədov 1987-ci ildə hərbi xidmət keçdiyi Gürcüstanın Xobi rayonunun Çaladidi kəndində böyük fədakarlıq göstərərək, təbii fəlakət zamanı 28 sakini seldən xilas edib və qəhrəmanlıqla həlak olub. Ölümündən sonra "Qırmızı Ulduz” ordeni ilə təltif olunub. Əvvəllər yalnız R.Məmmədovun şəxsi əşyalarının nümayiş olunduğu muzeyin hazırda iki minə yaxın eksponatı var. Onların əksəriyyəti 1992-1994-cü illərdə Qarabağ müharibəsində şəhid olmuş Vətən övladlarına məxsus geyim, foto və digər əşyalardır. Muzeydə yaradılmış "Vətən fədailəri”, "Rahib Məmmədov”, "20 Yanvar” guşələri, Azərbaycanın Milli Qəhrəmanlarının şəkilləri, kitab, qəzet və jurnallar, şəhidlərə məxsus müxtəlif əşyalar, geyimlər, bədənlərindən çıxarılmış güllə və mərmi qəlpələri, 1992-ci ildə yaralı əsgərlərimizin daşındığı xərək, düşmən tərəfindən atılmış top mərmisi və digər eksponatlar muzeyin qonaqlarında böyük təəssürat yaradır.
Sonra jurnalistlər ön xəttə yerləşən N saylı hərbi hissə ilə tanış olublar. Media
nümayəndələrinə hərbi hissənin tarixi, keçdiyi döyüş yolu, hazırda burada
yaradılan xidməti və sosial-məişət şəraiti barədə məlumat verilib. KİV təmsilçiləri
əsgər yataqxanaları, tibb məntəqəsi, ideoloji otaq, məişət otağı, yeməkxana,
hamam, əşya anbarı, avtopark və döyüş texnikası üçün saxlanclar, bölmələrin
istifadəsində olan döyüş texnikaları və silahlara baxış keçirib, şəxsi heyətin
həyat və məişət şəraiti ilə yaxından tanış olub.
Səfər çərçivəsində Ağdam rayonuna gələn jurnalistlər Heydər Əliyev
Mərkəzində olublar. Daha sonra Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyini
ziyarət ediblər.
Muzeyin direktoru Sahib Məmmədov bildirib ki, muzey Ağdam rayonunun
cəbhə xəttində yerləşən Mahrızlı kəndində fəaliyyət göstərir. Əsasən Qarabağ
döyüşlərində şəhid olmuş Vətən övladlarına aid eksponatların saxlandığı muzey
ziyarətçilərin böyük marağına səbəb olur. Muzey 1990-cı ildə Mahrızlı kənd
sakini Rahib Məmmədovun şərəfinə yaradılıb.
Rahib Məmmədov 1987-ci ildə hərbi xidmət keçdiyi Gürcüstanın Xobi rayonunun Çaladidi kəndində böyük fədakarlıq göstərərək, təbii fəlakət zamanı 28 sakini seldən xilas edib və qəhrəmanlıqla həlak olub. Ölümündən sonra "Qırmızı Ulduz” ordeni ilə təltif olunub. Əvvəllər yalnız R.Məmmədovun şəxsi əşyalarının nümayiş olunduğu muzeyin hazırda iki minə yaxın eksponatı var. Onların əksəriyyəti 1992-1994-cü illərdə Qarabağ müharibəsində şəhid olmuş Vətən övladlarına məxsus geyim, foto və digər əşyalardır. Muzeydə yaradılmış "Vətən fədailəri”, "Rahib Məmmədov”, "20 Yanvar” guşələri, Azərbaycanın Milli Qəhrəmanlarının şəkilləri, kitab, qəzet və jurnallar, şəhidlərə məxsus müxtəlif əşyalar, geyimlər, bədənlərindən çıxarılmış güllə və mərmi qəlpələri, 1992-ci ildə yaralı əsgərlərimizin daşındığı xərək, düşmən tərəfindən atılmış top mərmisi və digər eksponatlar muzeyin qonaqlarında böyük təəssürat yaradır.
Daha sonra "Dinc Dünya” Araşdırma Mərkəzinin sədri Əlisafa Mehdiyev
bildirib ki, ekstremal şəraitdə işləyən jurnalistlər üçün qanunvericilik
aktlarının öyrənilməsi, ekstremal şəraitdə jurnalistlərin praktiki davranmaları
ilə bağlı təcrüblərin keçirilməsi, jurnalistin psixoloji hazırlığı, konkret
situasiyalarda davranış mexanizmləri, əldə edilmiş informasiyanın işlənməsi,
beynəlxalaq təcrübələrdən də yararlanma kimi məqamlar var Onun sözlərinə görə, bu
layihənin əhəmiyyəti hərbi mövzuda yazan jurnalistlərin peşəkarlıqlarının
artırılması, bu sahədə yazan jurnalistlərin yetişdirilməsi baxımından mühüm
addımdan ibarətdir.
Media nümayəndələri cəbhəyanı kəndlərdə əhalinin yaşayışı, rayon
ərazisində aparılan tikinti-quruculuq işləri ilə də tanış olublar.
BƏXTİYAR