• cümə, 29 Mart, 03:07
  • Baku Bakı 7°C

Həkim: "COVID-19 talassemiya xəstələri üçün həyati təhlükə daşıyır"

08.05.21 15:00 495
Həkim: "COVID-19 talassemiya xəstələri üçün həyati təhlükə daşıyır"
"Sağlam insanlara nisbətən talassemiya xəstələrinin immun sistemləri daha zədəli olduğu üçün COVID-19 pandemiyası dövründə mümkün qədər özlərini təcrid etmələri tövsiyə olunur”.
Kaspi.az-ın məlumatına görə, bunu Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının həkim hematoloqu Şəhla Şabanova deyib.
O bildirib ki, zəif immun sisteminə sahib olduqlarına görə COVID-19 onlar üçün həyati təhlükə daşıya bilir: "Bu səbəbdən də onların vaksinasiyadan keçmələri məsləhət görülür. Hazırda mövcud COVID-19 pandemiya dövründə davamlı qan ehtiyacı olan talassemiya xəstələri üçün dövlət proqramı çərçivəsində qan köçürmənin periferik rayonlarda təşkili təmin olunur. Pandemiya dövrü ilə əlaqədar qan bağışlama - qan donorluğu üçün müraciət nisbətən azalır, lakin talassemiya xəstələri üçün qan davamlı tələbat olduğuna görə "Qqan bağışlamaq həyat qurtarır" devizi ilə tez-tez aksiyalar təşkil edilir”.
Həkimin sözlərinə görə, ölkəmiz talassemiya xəstəliyi üçün endemik zona olduğu üçün 2015-ci ildən nigaha daxil olan şəxslərin talassemiya daşıyıcılığına görə skrininq müayinələri aparılır: "Analizlər nəticəsində aşkarlanan talassemiya daşıyıcılığı nikah öncəsi hər 2 fərdə gözlənilən xəstəliyin qarşısını almaqda köməkedir. Gələcəkdə xəstəlik olmasın deyə 2 daşıyıcının evlənməsinin qarşısını alır və ya planlı hamiləliklə talassemiya xəstəsi övladın doğulmasına əngəl olur. Ölkədə hazırda 4116 nəfər talassemiya xəstəsi qeydiyyatdadır”.
banner

Oxşar Xəbərlər