• şənbə, 20 Aprel, 02:43
  • Baku Bakı 15°C

Hava gözləntisi: şimşək çaxacaq, yağış yağacaq

04.07.13 12:17 1230
Hava gözləntisi: şimşək çaxacaq, yağış yağacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-23 dərəcə, gündüz 28-33 dərəcə isti təşkil edəcək.
İyulun 6-da da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-23 dərəcə, gündüz 28-33 dərəcə isti təşkil edəcək.
İyulun 5-da Azərbaycanın rayonlarında əsasən gündüz saatlarında əksər rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam saatlarında əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, Böyük Qafqazın bəzi yerlərində leysan xarakterli olma ehtimalı var. Arabir güclənən qərb küləyi əsəcək. Temperatur Aran rayonlarında gecə 17-22 dərəcə, gündüz 30-35 dərəcə, dağlarda 9-14 dərəcə, gündüz 20-25 dərəcə isti olacaq.
İyulun 6-da isə Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcəyi gözlənir. Lakin gecə və axşam Böyük və Kiçik Qafqazın bəzi dağlıq ərazisində leysan xarakterli yağış yağacağı ehtimalı var. Temperatur Aran rayonlarında gecə 18-23 dərəcə, gündüz 32-37 dərəcə, dağlarda 10-15 dərəcə, gündüz 22-27 dərəcə isti olacaq.
Yaxın iki gün ərzində Abşeron yarımadasında biometeoroloji amillərin, o cümlədən atmosfer təzyiqinin norma daxilində tərəddüdü xəzri küləyi fonunda iyul ayı üçün nisbətən sərin hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.
banner

Oxşar Xəbərlər