• cümə, 19 Aprel, 00:11
  • Baku Bakı 18°C

Göyçay və Ağdaşda alimlərin mühazirələri təşkil olundu

12.10.17 15:50 2105
Göyçay və Ağdaşda alimlərin mühazirələri təşkil olundu
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu "İslam Həmrəyliyi İli" çərçivəsində müxtəlif bölgələrin orta ixtisas, peşə və ali təhsil müəssisələrində, ictimai xadimlərin mühazirələrini, görüşlərini təşkil edir.
Oktyabrın 10-da Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Atəş Əhmədlinin təhsil ocağınıın kollektivi ilə görüşü olub.
Tədbiri Kollecin direktoru Xəlil Orucov açaraq, ölkənin uğurla aparılan daxili və xarici siyasətinin mahiyyəti barədə dolğun məlumat almaları üçün müəllim və tələbələrin belə görüşlərə ehtiyacı olduğunu bildirib.
Bilik Fondunun Göyçay rayon nümayəndəsi, Ləkçıplaq kənd 1 nömrəli tam orta məktəbinin direktoru Sevda Vəliyeva Fondun maarifləndirici fəaliyyətindən danışıb, kollecin kollektivi ilə gələcək əməkdaşlığın perspektivlərindən söz açıb.
Çıxışlardan sonra A.Əhmədli "Azərbaycan folklorunda dini həmrəylik motivləri” mövzusunda mühazirə söyləyib. Fərqli din və dil daşıyıcılarının tarixən Azərbaycanda sülh şəraitində yaşadıqlarına diqqət çəkən alim tolerant həyat tərzinin ədəbiyyatda, xüsusən folklor janrında geniş şəkildə əksini tapdığını deyib.
Oktyabrın 11-də Ağdaş Peşə Məktəbində AMEA Folklor İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Ağaverdi Xəlilovun "Gənclərin dini, mili-mənəvi dəyərlərə sədaqət ruhunda tərbiyəsi Azərbaycan dövlətinin siyasətində” mövzusunda mühazirəsi təşkil olunub.
İcra strukturlarının təmsilçiləri, ziyalılar, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Ağdaş Rayon İcra Hakimiyyətnin İctimai-siyasi və humanitar məsələlər şöbəsinimüdirmüavini Səbuhi Musayev çıxış edərək, gənclərin milli-mənəvi dəyərlərə bağlı olmalarının vacibliyini önə çəkib, rayon rəhbərliyinin bu istiqamətdə gördüyü işləri xatırladıb.
Ağdaş Peşə Məktəbinin müdiri Əlican Nəsibov tələbələrə peşə sirləri ilə yanaşı, dövlətə, dövlətçiliyə, dəyərlərə sədaqət ruhu aşılamağın onların həyatında müsbət dəyişikliklərə yol açacağını vurğulayıb.
Sonra AMEA Folklor İnstitutunun şöbə müdiri A.Xəlilov mühazirə söyləyib. Mühazirəçi gənclərin dini, mili-mənəvi dəyərlərə sədaqət ruhunda tərbiyəsinə həm dövlət, həm də cəmiyyət tərəfindən böyük önəm verildiyini bildirib. Dövlətin gənclər siyasətinin mahiyyətindən danışan alim xalqın milli-mənəvi dəyərlərə söykənərək ucaldığını deyib.
Tədbirlər çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tövsiyəsi nəzərə alınmaqlaAğdaş şəhər Hacı İsmayıl məscidinə, Göyçay şəhər Əbülfəzl Abbas məscidinə, Göyçay şəhər Mərkəz məscidinə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə nəşr olunmuş elmi, ədəbi-bədii, dini kitablar hədiyyə olunub.
Bilik Fondunun Ağdaş rayon nümayəndəsi Saffar Əzməmmədovun müşayəti ilə Fondun Ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla Ağdaş şəhər 9 saylı ümumi orta məktəbin müəllim və şagirdləri qarşısında "Bilik Fondu və Azərbaycan cəmiyyətinin maariflənməsi”, Göyçay şəhər Əbülfəzl Abbas məscidində "Vəhdət namazı: islam birliyi və həmrəyliyinin Azərbaycan nümunəsi” və Göyçaydakı "AzNar” QSC-də "Dövlət Müstəqilliyimiz - ən böyük milli sərvətimizdir” mövzudamühazirələr deyib.
banner

Oxşar Xəbərlər