AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Gürcü jurnalistlər işğaldan azad edilmiş Füzulu rayonuna səfər edib

Gürcü jurnalistlər işğaldan azad edilmiş Füzulu rayonuna səfər edib

Cəmiyyət
28 Fevral 2021, 15:45 794
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin və Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin təşkilatçılığı və dəstəyi ilə gürcü jurnalistlər və ekspertlərin Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinə səfəri təşkil edilib.
 
APA-nın məlumatına görə, fevralın 27-dən başlayan səfər martın 1-dək davam edəcək.
 
Bu gün Gürcüstanın "Pirveli TV", "Mtavari Arkhi”, "Imedi TV”, "POS TV” kanallarının jurnalistləri səfər çərçivəsində işğaldan azad olunmuş Füzuli rayonuna səfər ediblər.
 
Gürcü jurnalistlər və ekspertlərin Cəbrayıl və digər işğaldan azad edilmiş rayonlara da səfər etməsi, işğalçı Ermənistanın törətdiyi dağıntıların, vandallığın şahidi olmaları, çəkilişlər aparmaları planlaşdırılır.