• cümə, 19 Aprel, 10:10
  • Baku Bakı 13°C

Gənclərin iştirakı ilə elektron mediada milli-mənəvi dəyərlərin qorunması

16.08.17 14:00 1492
Gənclərin iştirakı ilə elektron mediada milli-mənəvi dəyərlərin qorunması
Avqustun 15-də Beynəlxalq Mətbuat Mərkəzində Humanitar Araşdırmalar İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Mətbuatda və sosial mediada milli-mənəvi dəyərlərin qorunması” adlı layihə çərçivəsində "Elektron mediada gənclərin iştirakı: əsas istiqamətlər və maraq dairələri” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdəmillət vəkilləri, alimlər, jurnalistlər və gənclər iştirak ediblər.
Dəyirmi masanı ictimai birliyin sədri Nurlanə Mustafayeva açıb. O qeyd ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə aparılan və milli-mənəvi dəyərlərə dayanan islahatların başlıca məqsədi müasir dünya çağırışlarına cavab verən güclü, rəqabətə davamlı, vətəndaşın daha yaxşı yaşadığı dövlətin qurulmasıdır: "Bu vəzifələri yerinə yetirmək üçün xalqımızın özünün milli-mənəvi dəyərlərinə, tarixinə sahib çıxması vacibdir. Heç əbəs deyildir ki, cənab Prezident İlham Əliyev demişdir: "Mən hesab edirəm ki, biz Azərbaycanda elə bir model yarada bildik ki, həm iqtisadi islahatlar, həm siyasi islahatlar paralel şəkildə aparılır və ölkəmizin hərtərəfli inkişafını təmin edir. Azərbaycanın böyük və zəngin tarixi vardır. Milli-mənəvi dəyərlərimiz bizim üçün əsasdır”. Cənab Prezidentin bu fikirləri əslində müasir Azərbaycan dövlətinin mahiyyətini və yürüdülən siyasətin məqsədlərini ortaya qoyur. Azərbaycan dövləti öz daxili və xarici siyasətini yeni tarixi şəraitə və müasir tələblərə uyğun olaraq, xalqımızın tarixi və mədəni ənənələrinə, dilinə, dininə, milli-mənəvi dəyərlərinə arxalanaraq həyata keçirir. Lakin müasir dünyada gedən qloballaşma proseslərinin və xarici təsirlərin altında bəzi gənclərdə kosmopolit baxışlar artır və milli-mənəvi dəyərlər arxa plana keçir. Belə bir şəraitdə əsas vəzifələrimizdən biri millətimizin minilliklərdən keçib-gələn milli-mənəvi dəyərlərinə sahib çıxılması, qorunub saxlanılması və inkişaf etdirilməsidir. Bu işdə Azərbaycan gəncliyinin üzərinə böyük vəzifələr düşür. Ən böyük milli-mənəvi dəyərlərimizdən biri millətimizi tək millət, tək bayraq, tək dövlət, tək ölkə ətrafında bərabər şəkildə birləşdirən ümumi ideologiyamız olan Azərbaycançılıqdır. Bu ideologiya etnik mənsubiyyətindən, dinindən, dilindən, irqindən və sosial mənşəyindən asılı olmayaraq bütün ölkə vətəndaşlarını ümumi vətən naminə birləşdirir. Lakin bəzən sosial şəbəkələrdə xalqımızın milli-mənəvi dəyərlərinə yad olan məsələlərin yayılmasına rast gəlinir. Ölkəmizdə kütləvi informasiya vasitələri üzərində senzuranın və qadağaların olmadığı bir şəraitdə bu vəziyyətin davam etməsi milli-mənəvi dəyərlərdə aşınmaya gətirib çıxara bilər. Ona görə də maarifçilik işlərinin aparılmasına ehtiyac vardır. Xüsusən, gənclərə milli-mənəvi dəyərlərimiz, milli ideologiyamız, dinimiz, milli adət-ənənələrimiz, bu sahələrdə müstəsna xidmətləri olan dövlət xadimlərimiz haqqında mühazirələrin oxunması, dəyirmi masaların, müzakirələrin keçirilməsi və xalqımızın milli-mənəvi dəyərləri haqqında araşdırmalara cəlb olunmaları vacibdir. Təqdim edilən layihənin başlıca istiqaməti məhz bundan ibarətdir”.
Dəyirmi masada Azərbaycan Respublikasının Mətbuat Şurasının üzvü, Demokratik Jurnalistlər Birliyinin sədri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Mətbuat xidmətinin rəhbəri Yadigar Məmmədli də mövzuyla bağlı çıxış edib. O bildirib ki, müzakirəyə çıxarılan bu mövzu prioritet mövzulardan biridir: "Bu bizim üçün çox önəmli məsələlərdəndir. Milli-mənəvi dəyərlər çox böyük məna yükünə malik olan dəyərlər. Şəhidlərimiz, milli atributlarımız bizim milli-mənəvi dəyərlərimiz hesab olunur. Bugünə qədər qoruyub saxladığımız milli-mənəvi dəyərlər gənclərə necə aşılanır, mətbuatda necə işıqlandırılır bu nüanslara xüsusi fikir verməliyik. İndiki dövrdə artıq sosial şəbəkələr bütün media orqanlarını üstələyib. Bu vaxta qədər xəbər ən tez televiziya və radio vasitəsilə yayılırdısa, indi sosial media da bu daha tez baş verir. Ona görə də, milli-mənəvi dəyərlər məsələsi daim nəzarətdə saxlanılmalı və qorunmalıdır”.
Layihənin eksperti, millət vəkili Musa Qasımlı çıxış edərək milli mənəvi dəyərlərin qorunmasında həm elektron, həm də çap mediasının böyük rolu olduğunu deyib.
Sonda İctimai Birliyin sədri Nurlanə Mustafayeva layihəyə göstərdikləri dəstəyə görə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına, "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlıya, "Geostrategiya” jurnalının baş redaktoru İbrahim Əliyevə, "Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuza, Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Daxili Siyasətin təhlili şöbəsinin aparıcı elmi işçisi Araz Qurbanova, Bakı Dövlət Universitetinin dosenti Əlimusa İbrahimova, "Modern.az” saytının baş redaktoru Elşad Eyvazlıya, Azərbaycan Respublikasının Mətbuat Şurasının üzvü Yadigar Məmmədliyə, layihənin eksperti millət vəkili Musa Qasımlıya, mətbuatda və mediada layihənin işıqlandırılmasına görə "Kaspi” qəzetinə və "Xəzər” televiziyasına xüsusi təşəkkür edib.
Sonda mövzu iləbağlı maraqlı müzakirələr keçirildi.
Günel Azadə
banner

Oxşar Xəbərlər