• çərşənbə, 24 Aprel, 18:30
  • Baku Bakı 23°C

Gəncə-Moskva aviareysi məcburi eniş etdi

04.07.13 09:02 1512
Gəncə-Moskva aviareysi məcburi eniş etdi
Gəncə-Moskva reysi ilə uçan Azərbaycan vətəndaşı Nemət Nəsir oğlu Nəsibovun səhhəti təyyarədə qəfil pisləşib, bu səbəbdən təyyarə Mahaçqala aeroportunda məcburi eniş edib.
Hava limanına təcili yardım çağırılıb, xəstəyə ilkin yardım göstərilib və o Kaspiysk şəhər xəstəxanasına yerləşdirilib. Həkimlərin köməyi sayəsində xəstənin durumu normallaşıb. O Mahaçqala aeroportuna gələrək ona yardım göstərmiş şəxslərə təşəkkür edib və təyyarə ilə Moskvaya uçub.
banner

Oxşar Xəbərlər