• cümə axşamı, 28 mart, 13:57
  • Baku Bakı 16°C

“Gənc yazarlara dəstək” layihəsi start götürür

22.10.17 10:15 3257
“Gənc yazarlara dəstək” layihəsi start götürür
Parafraz Azərbaycan ədəbiyyatında, eləcə də gənclərdə stimul yaratmaq üçün "Gənc yazarlara dəstək” layihəsinə start verir.
Gənc yazıçı Cəmilə Məmmədlinin rəhbəri olduğu layihə 16-35 yaş aralığında şəxsləri əhatə edəcək. Lahiyənin məqsədinə uyğun olaraq kiçik oxucu kütləsinə malik, yaxud heç tanınmayan həvəskar müəlliflərə üstünlük veriləcək.
İştirak etmək istəyən gənclər öz yazılarını qeyd edilən ünvana göndərməlidirlər. Seçilən şəxslərin hər biriylə kiçicik tanışlıq müsahibəsi aparılacaq, ən yaxşı mətn nümunələrindən biri (poeziya nümunəsidirsə bir neçəsi ola bilər) saytda yayımlanacaq.
Göndərilən materiallar Azərbaycan hərfləri ilə, bütün orfoqrafik və qrammatik qaydalara riayət etmək şərtilə yazılmalı, hər hansı dini, irqi, siyasi radikal fikirləri ehtiva etməməli və maksimum 9 min işarə həcmində olmalıdır.
Lahiyə ilə maraqlanan gənc şair və yazıçılar öz əsərlərini qısa tərcümeyi-halla birlikdə [email protected] ünvanına, yaxudCəmilə Məmmədlinin "Facebook" profilinəgöndərə bilərlər.
Qeyd edək ki, lahiyənin növbəti mərhələsində toplanan ən yaxşı mətnlərdən ibarət kitabın çapı planlaşdırılır.
P.S. Parafraz mətnlərin redaktə, yayım və çap hüququnu özündə saxlayır.
banner

Oxşar Xəbərlər